19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

adamlara, qazılmış qəbrə, torpaq təpəciyinə.

Meyidi qəbrə salırlar. Arvadların vay-şivəni güclənir.

Ağca xalanın qızı özünü qəbrin üstünə atır:

—Yox, yox, yox, yox… qoymaram… Məni də onunla basdırın,

məni də…

Arvadlar bir təhərlə onu kənara çəkirlər.

Kişilər bel götürüb qəbrə torpaq tökürlər.

Kərim baba (Kamili görüb): sən burda neyləyirsən? Çıx get evə.

Bura uşaq yeri deyil. Gəl bura, yaxşı, mən də gedirəm.

Kamilin əlindən tutub qəbristanın içiylə gedirlər.

Qəbirlərin birinin yanında Kərim baba dayanır. Fikirli-fikirli

qəbrə baxır, sonra Kamilə müraciət edir:

—Nənən rəhmətliyin qəbiridir. Nənən yadına gəlir, Kamil?

Kamil cavab verməmiş özü cavab verir: — Amma hardan yadına

gələcək. O vaxt iki yaşın olardı (köksünü ötürür) Eh, deyir, "daş

olsaydım, əriyərdim, torpaq idim dayandım". Gedək bala.

Adətən az danışan Kərim baba bu gün nədənsə söhbətcil olub.

Ağca nənənin ölümü ona görünür, çox ağır təsir edib və indi Kamillə

danışarkən o sanki müsahibinə müraciət etməkdən artıq özü-özünə

danışır, qayğılarını, dərdi-qəmini öz-özünə danışır.

Kərim:

—Hamımızın axırı bax, bu qara torpaqdadır. Hamımız ölüb bura

gələcəyik.

Pauza.

Kamil:

—Baba, hamı öləcək?

—Hamı, bala, hamı. Yer üzündə nə qədər məxluq var hamısı.

—Bəs niyə?

—Onu bir yaradan bilir, bala (Pauza).

—Baba, mən də öləcəm?

Kərim baba sanki fikirlərindən ayrılır, müsahibinin kim olduğunu

xatırlayır və dərhal ayrı tərzdə deyir:

—Yox, sən ölməyəcəksən.

—Niyə?

—Sən böyüyənəcən elə bir şey tapılacaq ki, adamlar ölməsin.

(Pauza)

—Baba, bəs sən öləcəksən?

—Mən öləcəm, bala, öləcəm.

19

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!