19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ocağını ocağım bilmişəm, ağlayanda ağlamışam, güləndə gülmüşəm.

Mən Qazandan dönmərəm, bunu bilin.

Aruz əl atıb Beyrəyin saqqalını tutdu. Beyrək qımıldanmadı,

yerindən tərpənmədi. Aruz igidlərə baxıb işarə elədi. İgidlər

qılınclarını sıyırdılar, amma heç biri Beyrəyə qıyıb əl qaldırmadılar.

Beyrək dedi:

—Aruz, mənə bu işi edəcəyini bilsəydim, əyni bərk dəmir

donumu geyərdim, qara polad üz qılıncımı belimə bağlardım,

alagözlü igidləri yanıma salardım.

Alçaq, mən bu işi duysam belə gələrmiydim? Aldadıb ər tutmaq

arvad işidir, arvadındanmı öyrəndin sən bu işi, namərd?

Aruz dedi:

—Boş-boş danışma. Qanına susama. Gəl biz dediyimizə and iç.

Beyrək dedi:

—Mən Qazanın uğrunda baş qoyaram. Neçə il dustaq oldum,

dostlarımdan, elimdən dönmədim, indi də dönmərəm, istəyirsən məni

yüz para elə.

Aruz igidlərə baxdı, gördü kimsə yerindən tərpənməz, özü qara

polad üz qılıncı dartıb Beyrəyin sağ oyluğunu çaldı, qana bulaşdı.

Beyrəyin başı bükülü oldu. İgidlər səssiz-səmirsiz dağılışdılar.

Hərəsi öz atına mindi. Beyrəyi də atına yüklədilər, atın tərkinə adam

mindi, Beyrəyin cəsədini tutdu, Beyrəyi obasına yetirdi, Bayatın

kənarında yerə qoydu, cübbəsini üzərinə örtdü, çapıb getdi. Beyrək

zarıdı, Banıçiçək səsə gəldi. Beyrəyi qanına qəltan görüb bayıldı.

Beyrək ağır-ağır nəfəs alırdı. Əhvalatı qırıq-qırıq Banıçiçəyə söylədi:

—Sevdiciyim, — dedi, — tez tərpənmək lazımdır. Çap Qazanın

divanına, sən sağ ol, Beyrək öldü, de. De ki, mənim qanımı namərd

dayısı Aruzda qoymasın. De ki, Aruz namərdləri ilə bura gəlmədən,

elim-günüm çapılmadan, Qazan özünü yetirsin. Səni, bacılarımı, qoca

atamı, anamı, Qazana tapşırıb gedirəm, oğlumuzu da Qaraca Çoban igid

boyütsün, — deyə Beyrək gözlərini yumdu. Banıçiçək hönkürüb onun

üstünə yıxıldı.

...Qazan dəsmalını əlinə alıb honkür-honkür ağlayırlı. Qarabudaq

da, Dondar da.

...Uca dağın başında Qaraca Çoban başına daşları tökə-tökə

ağlayırdı...

124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!