19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

təbiətindən çox fərqlidir. Qupquru, çadar-çadar olmuş torpaq, tək-tük

kol-kos, küləklərin qıc etdiyi əncir ağacları, zəhmli qayalar. Amma

Abşeronun bu xəsis gözəlliyinin öz məlahəti var — qayaları

döyəcləyən ləpələr, sapsarı, narın, kəhraba qumlar, üzüm salxımları.

Alçaq barılar, əhəngli ağ evlərin damlarındakı dəvə belini xatırladan

bacalar...

Rəssam Abşeron kəndinin küçələriylə addımlayır — əlində kiçik

etüd çantası var. Bu kənd rəssamın daimi yaşayış yeri Buzovnada ola

bilər, çox sevdiyi Pirşağı ya Fatmayidə — əsas Abşeron

qəsəbələrinin səciyyəvi mənzərəsini canlandlırmaqdır. Sanki bu

mənzərəni rəssamın gözləriylə görürük. Bu fonda rəssamın səsi

eşidilir:

—İnfarktdan sonra, hələ çox zəifəm. Bu halda uşaqlığımdan mənə

məhrəm olan Abşeron kəndlərini gəzirəm. Nədənsə ölüm haqqında

düşünurəm, elə bil tələsirəm ki, müəyyən niyyətlərimi həyata

keçirim. Mənə elə gəlir ki, bu niyyətlərimi bütün ömrüm boyu

çalışsamda, hələ ki, yerinə yetirə bilməmişəm. Bu məni incidir,

ürəyimi parçalayır. Bu niyyətlər, bu fikirlər doğrulmalıdır, mənim

bütün şübhələrimə, tərəddüdlərimə son qoymalı, ruhumu

sakitləşdirməlidir.

Rəssam qayaların üstündə oturub şəkil çəkməyə başlayır. Biz hələ

çəkdiyi şəkli görmürük, yalnız iş prosesini izləyir və rəssamın səsini

eşidirik:

—Bu duyğular qəlbimə uşaqlığımın ayaqyalın çağında babamın

Fatmayıdakı bağında ora-bura qaçarkən yol tapıblar. Onlar

ayaqlarımı yandıran qızmar qumlardan varlığıma daxil oldular,

günəşin odlu şüalarıyla ruhumu oyatdılar, mənimlə birlikdə

böyüdülər, şüurumda möhkəm yer saldılar və mən bu hissləri bütün

həyatım boyu yaşatdım.

İndi biz ekranda Rəssamın çəkdiyi Abşeron mənzərələrini

görürük, amma gözümüz qarşısında çəkdiyi şəkli deyil, uzaq gənclik

illərində yaratdığı peyzajları — bu əsərlər, realist plandadırlar,

müəllifin o vaxtkı duyumunu əks etdirirlər.

Bu şəkillərin fonunda rəssamın səsi eşidilir:

—Nostalji? Qəribsəmə? Bəlkə də.. Heç nə bu duyğularımı

söndurə bilmədi, bu hisslər içimi gəmirir, eyni zamanda məni öz

həqiqiliyinə inandırırdılar. Və mən anladım — bu mənim taleyimdi.

Günəşin səxavəti mənim daxili dünyamı açmağa yardım edir.

340

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!