19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

yazmamışam.

Müstəntiq:

—Bircə söz də?

Cavid:

—Bəli, bircə söz də.

Müstəntiq siyirtməsindən iri bir qovluq çıxarır.

—Bunu bizə sizin kolleqanız — “cavan bolşevik” imzasıyla bir

gənc dramaturq təqdim edib. Pyesalarınızdan sitatlardır (oxuyur):

Yetər çıldırdınız hökumət! — deyə

Evləri yıqdınız, Ədalət! — deyə.

Məzlumlar qanından badə sondunuz

Qarğa-quzğun kibi leşə qondunuz

Qanun deyə doğruluqdan caydınız

Xalqın namusunu hiçə saydınız

Aldıqları nəfəs — zəhərli ahlar

Qidasız çocuqlar ot yeyib yaşar

Söylə, öyündüyün ədalət bumu?

Hökumət dediyin rəzalət bumu.

TSiyavuşU pyesası, Bunu siz yazmısınız?

Cavid:

—Bəli, mən yazmışam.

—Kimi nəzərdə tutursunuz (səsini qaldırır) — “hökumət dediyin

rəzalət”... nəyi nəzərdə tutursunuz?

Cavid:

—Necə nəyi? Söhbət uzaq əsrlərdən, İran—Turan savaşları

dövründən gedir.

Müstəntiq:

—Turan... Elə Turan məsələsinə də gələcəyik (Əlindəki qovluğu

varaqlayır). Aha, “İblis” pyesanız... (oxuyur)

Türk ordusu, ətrafa bu gün həmlə edərkən,

İranə və ya Qafqaza imdada gedərkən,

Rus ordusu durmaz, çəkilərkən önümüzdən — (kağızdan

ayrılaraq) — kakoy pozor (yenə oxumağa davam edir)

Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq

Turana qılıncdan daha kəskin ulu qüvvət

233

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!