19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

və ekranda "Dədə Qorqud" və yaxud başqa filmlərdən alınmış savaş

səhnələrini, at çapma, qılınc oynatma səhnələrini görürük. Bu başqa

filmlərdən alınma qısametrajlı kadrlar məxsusi bizim film üçün

çəkilmiş kadrlarla qaynayıb qarışmalıdır. Bu epizodda hifz olunmuş

qədim qalalar çəkilməlidir. Naxçıvanla Əlincə qalası, Dəvəçidə

Çıraq qala, Şuşada Əsgəran qalası. Şamaxıda Gülüstan qalası,

İstisuda Şamil qalası, Şəkidə Gələsən-Görəsən qalası, Lahıcda Niyal

qalası, Qazaxda Didian qalası, Abşeron qalaları və b. (Bu qalaların

hamısını çəkmək imkanı olmasa da, heç olmasa bir neçəsini

göstərmək mütləq lazımdır). Bu təsviri materialın fonunda "Cəngi"

və başqa Koroğlu havacatları səslənir, eyni zamanda diktorun səsini

eşidirik:

—Müdrik Dədə Qorqud qaynaqlarından gələn nəsihətlər,

ibrətamiz kəlamlar, ustadnamələrlə bərabər aşıq sənətimizdə kökü

yenə də Dədə Qorquda bağlı qəhrəmanlıq, igidlik şeirləri, döyüş

cəngiləri, Koroğlu havacatları, Qaçaq Nəbi mahnıları da var...

Ekranda cıdıra çıxmış cins atları görürük. "Misri Koroğlu",

"Cəngi Koroğlu", "Koroğlu gözəlləməsi" və s. münasib aşıq

havalarının fonunda şeir səslənir:

Qıratı gətirdim cövlana indi

Varsa igidlərin meydana gəlsin!..,

Görsün mən dəlinin indi gücünü,

Boyansın əndamı al qana, gəlsin!

Qorxum yox paşadan, sultandan, xandan,

Gəlsin mənəm deyən, keçərdim sandan,

Ərlər daldalanıb qorxmasın qandan,

At sürsün, qovğaya mərdanə gəlsin!...

Koroğlu əyilməz yağıya, yada,

Mərdin əskik olmaz başından qada,

Nərələr çəkərəm mən bu dünyada,

Göstərrəm məhşəri düşmana, gəlsin!...

Koroğluyla bağlı aşıq havaları Üzeyir Hacıbəyovun "Koroğlu"

operasından "Aşıqsayağı" ariyaya keçir. Ekranda "Koroğlu"

operasının afişasını, Üzeyir Hacıbəyovun fotolarını, ya da sənədli

kinokadrlarını görüruk. Bulbülü Koroğlu rolunda görür və

ariyasından bir parçanı dinləyirik. Bu fonda diktorun səsi gəlir:

—Qoç Koroğlu qəhrəman idi, igid idi, xalqın havadarı idi, amma

Koroğlu həm də ala gözlü Nigarını zərif bir məhəbbətlə sevən aşıq

327

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!