19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

OVİDİ

(Publi Nazon Ovidi)

(Qədim Roma şairi, eramızdan əvvəl

43-cü il — eradan sonra 18-ci il)

MƏHƏBBƏT ELEGİYALARI

Yaman istiydi o gün, günorta vaxtı idi

Pəndəm olmuşdum mən də, yatağıma uzandım

Bir pəncərə örtülü, o biri açıq idi

Otaq yarıqaranlıq —elə bil meşədəsən

Qürub çağıymış kimi toranlıq işığıydı

Ya da ki, səhər çağı, hava açılmamışdan

Belə alatoranlıq ismətli gənc qızları

Daha çox cəlb eləyir

Zərif bir paltar geymiş Korinna bu vaxt gəldi

Saçları tökülmüşdü bəyaz çiyinlərinə

Deyirlər Semiramis də, birdən bu cür gələrmiş

Çox kişinin eşqini dadmış Landa da boylə.

Yumşaq paltar parçasın

Bir anda sıyırdım mən

Doğrudur, heç bu parça mane olmurdu bizə

Hər halda Korinna da müqavimət göstərdi

Amma əlbəyaxada məğlub olmaq istərdi

Axır ki, təslim olub ağuşuma atıldı

Gördüm çılpaq əndamın kamil gözəlliyini

Nə qəşəng çiyinlərdi, necə gözəl əllərdi

Opüb oxşadıqlarım,

Dolu döşlərini də ovcumda sıxan zaman

Ehtiras aşdı-daşdı

Döşlərindən aşağı yupyumru, yumşaq qarnı

Qaməti dümdüz, hamar, budları cavan, möhkəm

Daha davam etməyim… zövqü-səfa tamamdı

Onun lüt bədənini bədənimə sıxdım mən

Ardını hər kəs bilir — yorulub birgə yatdıq

Ah, kaş hər gün olaydı bax belə günortalar

510

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!