19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kərbəlayi Cəfər üzünü yana çevirir, cibindən xeyli pul çıxarır,

sayıb bir hissəsini Xudayara uzadır.

—Ay sağ ol. Ömrün uzun olsun. Day gecdi, kəndə

qayıtmayacam, elə burda sənin karvansaranda gecələyərəm.

Kənd qaranlığa qərq olub, Yalnız bir pəncərədən zəif şam işığı

gəlir, — Məmmədhəsən əminin evindən. Pəncərənin qarşısında İzzət

dayanıb, çölə baxır və ağlayır:

—Allah sənə lənət eləsin Xudayar bəy, ömründə bir xoş gün

görməyəsən, necə ki, biz görmürük.

Karvansara. Xudayar bəy yuxudadır. Xoruldayır. Yuxuda görür

ki, gözəl Zeynəb onu qucaqlayır, öpür, oxşayır…

Həqiqətdə isə gerçək Zeynəb öz evində çırpınır. Kadrarxası səsi:

—Aman Allah — deyir — nədi mənim günahım ki, bu idbar

Xudayar oğlumu dama basıb? Onun nə günahı var, mənim nə

günahım var? Əgər Xudayarın o adamaoxşamaz sifətin görəndə

ürəyim bulanır, qusmağım gəlirsə mən necə ona arvad ola bilərəm?

Elə bu vaxt Xudayar yuxusunda yenə də Zeynəbi görür, Zeynəb

boyunbağını, barmağındakı üzükləri, bir-bir çıxarıb Xudayarın

boynuna salır, barmaqlarına keçirir. Sırğalarını da çıxarıb Xudayar

qulağına taxmaq istəyir, qulağını deşəndə Xudayar qışqırıb oyanır.

Otağın o biri tərəfində uzanmış Kərbəlayi Cəfər:

—Ditdilidi — deyir — aman vermirlər ki, gözümüzün çimirini alaq.

Əhməd yorğun-yorğun kəndə tərəf gəlir, qurdların ulamasını

eşidib qorxur, yüyürməyə başlayır. Kəndin girəcəyində atası

Məmmədhəsəni görür, ona tərəf atılır: — Dədə…

—Oğul, Əhməd — uşağı qucağına alır — a bala yanırsan ki,

qızdırman var…

Səhər çağı Məmmədhəsən əmi kənddən şəhərə tərəf addımlayır.

Qazınin otağı. Qazınin qarşısında iki kəllə qənd. Qazı qalın

kitablardan ərəbcə nə isə oxuyur. Xudayar və Kərbəlayi Cəfər

diqqətlə qulaq asırlar.

Qazı:

—Allahın köməkliyiylə siğə oxudum. Yaxşı bə sənin şahidlərin

hanı? Gərək gəlin tərəfindən də şahid olsun.

—Allah-taala ömrünü uzun eləsin, qazı ağa — deyir Xudayar və

Kərbalayi Cəfəri göstərir — bax budu şahid, özü də gəlinin oğludu.

—Nə, oğlu?

—Özüdü ki, var, Zeynəbin oğlu Vəliqulu budu.

161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!