19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Tanrı mənə oğul verməyib, oğlan cildində qız verib, — dedi.

— Elə bu zaman Tural içəri girdi, əlində lalə dəstəsi vardı. Qazan

onu gördü, daha da qaş-qabağını tökdü. Bu heç kəsin gözündən

yayınmadı. Tural da bunu duyub pərt oldu.

Dedi:

—Ağam Qazan, şad sevincək oturmuşdun, məni gördün qanın

qaraldı, səbəb nədir, de mənə, qara başım qurban olsun, ağam sənə.

Qazan dedi:

—Oğul! Sağ əlimə baxdım qardaşım Qarabudağı gördüm, baş

kəsibdir, qan tökübdür, ad çıxarıbdır. Sol əlimə baxdım Alp Aruzu

gördüm, baş kəsib, qan töküb, ad qazanıb. Qarşıma baxdım səni

gördüm, on altı yaş yaşladın, baş kəsmədin, qan tökmədin. Bu

oturanlar hər biri oturduğu yeri, yediyi yeməyi, qılıncıyla, oxuyla

alıblar. Sən divanıma haçan istəsən gəlirsən, igidləri basıb keçib

harda istəyirsən oturursan, amma nə hünər göstərmisən?

Tural:

—Ata, — dedi, — dəvəcə böyümüşsən, köşəkcə ağlın yox.

Təpəcə böyümüşsən, darıça beynin yox. Baş kəsib, qan tökmək

hünərmidir?

—Oğul, iş qan tökməkdə deyil. İş ondadır ki, sən divanımda nə

qapı tanıyırsan, nə baca, amma hələ heç bir igidlik göstərməmisən.

Nə ov ovladın, nə quş quşladın, nə yay çəkdin, nə ox atdın. Odu, bax,

əlində qılınc yox, gül-çiçək tutmusan. Bəs sabahkı gün mən düşəm

öləm, taxt-tacımı sənə verməyəcəklər axı. Onu anıb, sonu anıb, dərd

eləyirəm.

Tural:

—Yaxşı, ay ata, — dedi, — hünəri oğul atadanmı görər, öyrənər,

yoxsa atalar oğuldanmı öyrənər? Sən haçan məni ova apardın, yay

çəkmək, ox atmaq, qılınc oynatmaq öyrətdin?

Qazan əlini-əlinə çaldı, qəh-qəh çəkib güldü. Dedi:

—İgidlər, Tural yaxşı soylədi, şəkər yedi. Doğrudan da yata-yata

yanımız ağrıdı, dura-dura belimiz qurudu. Mən bu oğlanı da gotürüb

ova çıxım. Ov ovlayaq, quş quşlayaq, qayıdaq gələk sizinlə birlikdə

yeyək, içək, xoş keçək.

Qarabudaq:

—Bəli, ağam Qazan, məsləhətdir, — dedi.

Əmən:

—Xan Qazan, məsləhətdir, — dedi.

96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!