19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Gülsüm: Hələ adını qonşu qoymusan. Sənin insafın hardaydı ki,

belə od qiymətinə satırsan.

Ovçu: O getdiyim Xorasan mənə qənim olsun, bu tək gözüm də

kor olsun, yalan deyirəmsə, bazara çıxartsam bunun qiyməti bilirsən

neçədir… İndicə vurmuşam, əti təptəzə, yağlı, ləzzətli, iki-üç gün

yeyərsiz, uşağa da bir şey olar. Al bala (quşun rəngbərəng

lələklərindən qopardıb Murada verir). Gör bir nə qəşəngdir.

Sevda, Gülsüm, Murad nahar edirlər. Nahar Murada ləzzət verir.

…Bahardır. Kərim babanın alma ağacları yaşıl yarpaqlar

içindədir.

Sahil. Sevdayla Murad qayaların altında qumluqda oturublar.

Üfüqün o tayından durna qatarı görünür. Köçəri quşlar qayıdırlar.

Murad: Ana, bax.

Sevda: Qayıdırlar da oğlum. Yadındadır sənə deyirdim ki, yazda

qayıdacaqlar.

Murad: Ana, bax.

Murad (ləzzətlə barmaqlarını yalayır): Ana, gedim ovçu əmini

çağırım?

Sevda əvvəl onun sözlərinin mənasını başa düşmür, sonra

anlayaraq kədərlə oğlunun başını sinəsinə sıxır.

—Yazıq bala, deyir, — tifil balam.

…Göydə bir dəstə quş görünür. Batan günəşin şüalarında quşların

lələkləri rəng verib, rəng alır.

Birdən qayanın dalından Taygöz ovçu çıxır. Onun əlində tüfəng

var. Tüfəngi qaldırıb qundağını çiyninə basır, təkcə gözünü də

qıyaraq quşları nişan alır. Güllə açılır və qatardan bir quş daş kimi

yerə düşür.

Elə həmin andaca başqa bir qayaların dalından başqa Taygöz

ovçular çıxır. Onlar hamısı bir-birinə oxşayır, daha doğrusu, birbirinin

eynidir. Quşları nişan alır, atırlar. Quşlar bir-bir düşür.

Qayalar güllə səslərini əks edir. Taygöz ovçular çoxalır, quş qatarları

pərən-pərən olur, quşlar bir-bir düşürlər, elə bil göydən yerə daş

yağır.

Ovçular isə hey atır, atır. Bütün yer ölü quş cəmdəkləriylə dolub.

…Murad, ay Murad, — deyə Gülsüm onu yuxudan oydır.

Yuxuda nə görürdün ki, belə qışqırırdın, bala?

Murad gözlərini geniş açıb nənəsinə baxır.

—Nənə bəs haradadırlar?

45

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!