19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Banıçiçək dedi:

—O qız elə adam deyildir ki, sənə görünə. Amma mən

Banıçiçəyin dadısıyam. Gəl indi səninlə ova çıxaq. Əgər sənin atın

mənim atımı keçərsə, onun atını da keçərsən.

Gəl səninlə ox ataq, oxun mənim oxumu ötərsə, onunkunu da

ötərsən. Bir də gəl səninlə güləşək. Məni basarsan, onu da basarsan.

—İkisi də atlandılar, meydana çıxdılar, at çapdılar. Qızın atı

Beyrəyin atını keçdi. Ox atdılar, qızın oxu Beyrəyin oxunu ötdu.

Qız dedi:

—İgid bil ki, mənim atımı kimsənin keçdiyi yox, oxumu

kimsənin ötduyu yox. İndi gəl səninlə güləşək. Beyrək atdan endi.

Güləşdilər. İki pəhləvan olub bir-birinə sarmaşdılar. Beyrək götürüb

qızı yerə vurmaq istər, qız qıvrılıb çıxar, qız Beyrəyi yerə yıxmaq

istər, Beyrək qacıyıb qurtular.

Beyrək düşündü:

—"Bu qıza basılacaq olsam, el-oba içində başıma qaxınc, üzümə

toxunc edərlər".

Qıvradı qızın döşündən yapışdı, sıxdı, qız gücəndi, çabaladı, bu

dəfə Beyrək qızın incə belindən tutdu arxası üzərinə yerə qoydu,

xəncərini çıxartdı, onun boğazına yaxınlaşdırdı.

Qız:

—İgid, — dedi, — Bəybecan qızı Banıçiçək mənəm.

Beyrək:

—Hey, xanım! — dedi. — Elimizin qızı-gəlini içində, hərə öz

sözünü söyləyəndə, sən durarsan, öyünərsən, Beyrəyin atın keçdim,

oxun ötdüm — deyərsən, məni xar edərsən. Gözüm dondü, könlüm

getdi, öldürəcəm səni!

Banıçiçək dedi:

—İgidim. Öyünərsə ər öyünsün — arslandır! Öyünməklik

arvadlara böhtandır. Öyünməklə arvad ər olmaz! Ala yorğan içində

səninlə dolaşmadım, dadlı damaq dadıb, soruşmadım, al duvağın

altından söyləşmədim. Tez sevdin, tez usandın, sərək oğlu sərək. Yer

şahid olsun, göy şahid olsun, mən sənə munisəm, yarım, qıyma

mənə, igidim!

Beyrək güldü:

—Gözəlim, incə bellim, öldürməyə mən səni qıyarmıydım. Öz

canıma qıyardım, sənə qıymazdım. Mən səni sınayırdım.

Belə deyib Beyrək qızı üç öpdü, bir dişlədi, barmağından qızıl

75

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!