19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—Bəybecan qızı Banıçiçək.

Bəybura fikrə getdi.

—Ay oğul, — dedi, — Banıçiçəyi sənə hələ beşikdən nişanlamışdıq.

Amma Bəybecan öldü, qızın ixtiyarı qardaşı Qoçərə keçdi. O da ki,

dəlinin biridir. Adına Dəli Qoçər deyirlər. And içib ki, bacımı ərə

verməyəcəyəm. Qızı istəyəni öldürür.

—Bəs neyləyək?

Bəybura fikrə getdi:

—Bu qızı istəməyə kim gedə bilər? Getsə bircə Dədə Qorqud... Bəlkə

Dəli Qoçər Dədənin qopuzuna hörmət eləyə.

Gəl bir Dədə Qorqudla məsləhətləşək.

...Dədə Qorqud:

—Çünki məni göndərirsiz, gedərəm, — dedi. — Amma bilirsiz

ki, Dəli Qoçər böyük-kiçik tanıyan deyil. Barı mənə iki yüyrək at

gətirin. Qovma-qaçma olarsa, birisini minim, birisin yedim, canımı

qurtarım. Dədə Qorqudun sözü məqbul gəldi. İki at gətirdilər. Dədə

birini mindi, birini yeddi:

—Xoş qalın — dedi, getdi.

...Dəli Qoçərin çadırının yanında qupquru bir çay yatağı vardı...

Amma Qoçər bu susuz çayın üstündən bir körpü tikdirmişdi, yoldan

ötənləri məcbur edirdi ki, bu körpüdən keçsinlər. Keçənlərdən otuz

axça, keçməyənlərdən döyə-döyə qırx axça alırdı.

İndi də tacirlərdən birini döyürdü. Tacir ağlaya-ağlaya:

—Ay igid, axı niyə belə edirsən, — deyirdi, — düz yolu qoyub

bu sınıq korpünün üstündən niyə bizi aparırsan?

Dəli Qoçər bağırdı:

—Nə dedin, sarsaq oğlu sarsaq? Məndən dəli, məndən güclü ər

varmıdır ki, qabağıma çıxa! Mənim bahadırlığım, igidliyim Ruma,

Şama gedib çatıb.

Qoçər taciri döyüb:

—Körpüdən keçmirsiniz, cəhənnəmə keçin, amma onda qırx

axçanı bəri verin görüm, — deyirdi.

Tacir soruşdu:

—Yaxşı, bəs körpüdən keçsək neçə axça alacaqsan?

Dəli Qoçər:

—Körpüdən keçsəniz otuz, — dedi. Tacir pulları Dəli Qoçərin

ovcuna sanadı, dəvələrini körpünün üstündən sürdü.

Dəli Qoçər onların ardınca baxıb qəhqəhəylə güldü, sonra iri bir

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!