19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ayağını yerə döyərdi, tozu göyə çıxardı. İndi də dırnaqlarıyla torpağı

didim-didim diddi, fınxırdı, kişnədi, səsini eşidən olmadı.

Gecənin qaranlığında səssiz gələn səkkiz atlı kirimişcə atdan

düşdülər, ətrafı pusa-pusa gərdəyə yanaşdılar. Yeddisi əllərində qalın

bir örkən gərdəyə girdi, biri çöldə marıqda durdu. Gərdəkdən boğuq

səs eşidildi, az sonra ordan həmin o yeddi nəfər çıxdı. Onlar örkənlə

möhkəm sarıdıqları, ağzına parça tıxadıqları Beyrəyi sürükləyib

gərdəkdən çıxardılar, atın tərkinə atdılar. Atlılar gəldikləri kimi

səssizcə də çıxıb getdilər. Yeddisi getdi, biri qaldı. Qalan həmin o

qara niqablı adam, atlılar uzaqlaşandan sonra qılıncını sıyırdı, sonsuz

bir nifrət və hiddətlə gərdəyi parçalamağa başladı, təpikləri altında

çadırı yerlə yeksan etdi, çapıb uzaqlaşdı.

Qazanın divanına igidlər yığnaq olmuşdu. Dədə Qorqud da

buradaydı.

Qazan:

—Dədə, məsləhət sənindir, — dedi.

Dədə Qorqud:

—Yer altını ilan bilər, yer üstünü insan bilər, — dedi. —İgidləri

göndər, dörd iqlimi dolaşsınlar. Beyrəyin ölüsü, dirisi xəbərini

gətirsinlər. Qazan dedi:

—Əmən gündoğana getsin. Dondar günbatana getsin. Qarabudaq

Ala dağın güneyindən xəbər gətirsin, Yalıncıq Qazılıq dağının

quzeyindən xəbər gətirsin. Beyrəyin dirisi xəbərini gətirənə vardövlət

verərəm, ölüsü xəbərini gətirənə — Banıçiçək qismət olsun.

İgidlər atlandılar, dörd yerə çapdılar. Qalanlar intizarda qaldı.

Qazan xəbər gözlədi, Banıçiçəyin gözləri yol çəkdi, Beyrəyin

atası, anası, bacıları dörd yol ayrıcında durdular.

Əmən qayıtdı, başını bulayıb:

—Beyrəyi gördüm deyən olmadı, — dedi.

Dondar qayıtdı, gözünü yerə dikib:

—İzi-sorağı yoxdur, — dedi.

Qarabudaq geri döndü:

—Beyrəkdən nam-nişan tapmadım, — dedi.

Yalıncıq gəlib çıxdı, atdan düşüb hönkür-hönkür ağladı.

—Aman Beyrək, can qardaş, — dedi, — muradına—maqsuduna

çatmayan yoldaşım.

Qazan: — Yalıncıq, nə xəbər gətirmisən? — dedi.

82

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!