19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Birdən Səftər dayıya elə gəldi ki, küçədəki adamlar da rəqəmlərə

oxşayır. Küçənin bütün səsləri qəfilcən susdu, dondu. Səsi: "Bax o

dar kəmər bağlamış kök arvad 8-ə oxşayır, o iri başlı kişi 9-a, hamilə

arvad 6-ya oxşayır. Uzun dimdikli papaq geymiş oğlan 7-yə

bənzəyir. O tərəfdən iki arıq, kəkilli oğlan gəlir-11. Başqa bir arıq

oğlan yumru-matan bir arvadla yanaşı addımlayır-10".

Səftər dayı öz-özünə güldü: "Yox, deyəsən bu gün mənim lap

yəqin başım xarab olub. Yaxşısı budur, nə qədər gec deyil, gedim

evə".

Küçə yenidən hərəkətə gəldi. Səslər eşidildi. Yağış çisələməyə

başladı.

Açarı çıxarıb qapısını açdı. İşığı yandırdı. Keçib tavanın daman

yerinin altına ləyən qoydu. Çayniki su ilə doldurub odun üstünə

qoydu:

Divardakı təqvimə yanaşdı, diqqətlə baxdı.

5 iyun, 1965. Şənbə.

Günün çıxması saat 3.15 dəqiqə,

batması 21.07 dəqiqə.

"Pah atonnan! — deyə düşündü — zalım uşağı günü də cədvələ

salıblar. Batıb çıxmasını hesablayıblar, hər şeyi, hər şeyi, inventara

salıblar, günü, ayı, göydə neçə ulduz var, hamısını. O gün biri

danışırdı, deyir siçanları, taxtabitiləri, birələri də hesablayıblar. Hansı

şəhərdə neçə siçan, neçə taxtabiti, neçə birə var, hamısını hesablayıb,

inventara salıblar. Pah atonnan, a kişilər..."

Səftər dayı diksindi. Çoxdan bəri otağında eşitmədiyi bir səs

eşitdi — zəng səsi.

Evində telefonu vardı, amma lazımsız bir qutu kimi bir qıraqda

atılıb qalmışdı. Yuxuya getmiş tənbəl, qara pişik kimi səssizsəmirsiz,

kirimişcə xumarlanırdı. İndi isə zəngi-zəngə calayırdı. Kim

ola?

Dəstəyi götürdü.

—Allo!

—Aydını çağırın, pojaluysta!

—Hara zəng eləyirsən qızım?

—Ağayevgilin evi deyil?

—Xeyr, bala, Atayevin evidir.

—Oh, bağışlayın. Asdı. Du, du, du, du, du.

Səftər də telefonun çəngəlini basdı. Amma dəstək əlində qaldı.

296

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!