19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

SUFİZM

Sufizm (Təsəvvüf) — İslam təfəkkürünün, İslam mədəniyyətinin

mühüm və ayrılmaz tərkib hissəsidir. Şərqin Əl Qəzali, Əl Ərəbi,

Həllac Mənsur, Fəzlullah Nəimi kimi mütəfəkkirləri, Həkim Sənai,

Ömər Xəyyam, Gəncəli Nizami, Əttar, Hafiz, Sədi Şirazi, Şəms

Təbrizi, Cəlaləddin Rumi, Yunis İmrə, Nəsimi, Cami, Nəvai, Füzuli

kimi dahi şairləri bu ya digər dərəcədə sufizmin ideoloqları olmuş ya

onun güclü təsiri altında yazıb yaratmışlar. Hürufilik, Bektaşilik,

Nəqşbəndlik və bir sıra başqa təriqətlər də sufizmdən bəhrələnmişlər.

Hətta məlamətiyyələrin təlimində süfizm ifrat şəklə də düşmüşdür.

Məlamətiyyə təliminə tapınanlar cəmiyyətin ikrahını, nifrətini

qazanmağı qarşılarına məqsəd qoyurdular. Onların şüarı "İkraha

ikrah idi".

Sufizmin əsas fəlsəfi təməli Vəhdət-vücud (panteizm) anlayışıdır.

"Əzəldən mənim və sənin qəlbin bir idi, mənim olmağın və sənin

olmağın, mənim qeybim və sənin qeybin — bir idi. Mənim və Sənin

demək də düz deyil. Aramızda Sən və Mən yox idi. Mən — Mən

deyiləm, Sən — Sən deyilsən, amma Sən də Mən deyiləm. Mən eyni

zamanda Mənəm və Sənsən. Sən eyni zamanda Sənsən və Mənəm"

Yunis İmrə də:

Məni məndə demə məndə deyiləm

Bir Mən vardır məndə məndən içəri — deyirdi.

1.Qəribədir ki, təsəvvüfün ciddi çağdaş araşdırıcısı Seyid İdris

Şah "Sufizm" kitabında Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizini

şəxs deyil "Təbrizin günəşi" bədii təşbeh kimi anlamışdır.

İnsanın Allahla vəhdətdə olması fikri ən qısa şəkildə "Ən -əlhəqq"

("Həqq mənəm, Həqq məndədir") düsturuyla ifadə olunur. Bu

inancı təbliğ edənlər amansız təqib olunurdu. Həllac Mənsur,

Fəzlullah Nəimi, İmadəddin Nəsimi işgəncəli surətdə edam

olunmuşlar.

Sufizm yalnız dini və fəlsəfi fikrə, poeziyaya deyil, sənətin başqa

406

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!