19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İzzət:

—Bəs bilmirsən? Bizim yazıq eşşək indi körpüdə daş daşıyır.

Əhməd sıçrayıb otaqdan qaçır.

Məmmədhəsən əmi:

—Əhməd, Əhməd, hara gedirsən?

Əhməd tozlu yollarla şəhərə tərəf qaçır. Bir az öncə həmin bu

yollarla Xudayar bəy keçib getmişdi,

Karapetin dükanı. Divarda "hallıca-dulluca" bir qadının şəkli.

Xudayar bəy daxil olur, kamal ədəblə dükan sahibiylə salamlaşır.

Çubuğunu çıxardır.

—Bir kirbitivi çək , xozeyin — deyir.

Karapet:

— Görmürsən ki, bura dükandı, çıx get burdan.

—Sən nahaq yerə hirslənirsən xozeyin. Görürəm ki, bura

dükandı. Mən də gəlmişəm səndən mal alım. Qənd almaq istəyirəm

səndən.

—İndi sən məndən yarım kilo qənd alacaqsan deyə durub sənin

ayağına düşməliyəm.

—Sən nahaq yerə mənimlə bu tövr danışırsan xozeyin, mən o

adamlardan deyiləm ki, səni yarım kilo qənd üçün narahat edim. Mən

böyük bir kəndin katdasıyam. Xudayar bəy. Mən səndən iki kəllə

qənd alacam.

Karapetin dərhal sifəti dəyişir, nəzakətlə danışmağa başlayır.

—Bəy, mən nə deyirəm ki, yəni mən sənə qənd satmaq

istəmədim, eli? Belə can başla sataram, məzhəb haqqı. Ey, axçi,

mənim dostum bəyə bir stəkan yaxşı çay süz gətir. Kirbit çıxarıb

Xudayarın çubuğunu odlayır. Xudayar bir qullab vurur.

Əhməd qaça-qaça tozlu yollardan keçir.

Döşu-başı açıq ağ əndamlı erməni qızı işvəylə bir stəkan çay

gətirib Xudayarın qarşısına qoyur. Xudayar gah onun divardakı

şəklinə, gah da açıq sinəsinə baxır.

Karapet onu şirin xəyallardan ayırır:

—Yaxşı, əzizim bəy, nə qədər qənd lazımdı sənə?

—Neçəyə verəcəksən qəndi?

—Qardaşım bəy. Sən qiymətini pikirləşmə. Sən bax gör sənə necə

gözəl qənd verəcəm. Brodski. Məzhəb haqqı bütün şəhərdə bu cür

qənd tapa bilməzsən. Amma dostluğumuz xatirinə sənə ən yaxşısını

gərək seçəm.

157

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!