19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

çıxardarıq.

Qaraca Çoban çaxmaq daşını çəkdi, od yandırdı, qamışlığı odladı.

Alov bütün qamışlığı bürüdü. Qamışlığdan dəhşətli böyürtülər

eşidildi. Üst-başı yanıb parça-parça didilmiş, üz-gözünü his basmış

Yalıncıq böyürə-böyürə qamışlıqdan çıxdı. Gələn igidlər onun bu

gülünc görkəminə baxıb qəh-qəh çəkdilər. Yalıncıq indi murdar və

qorxulu deyildi, zavallı və miskin idi.

Yalıncıq gəlib Beyrəyin ayaqlarına yıxıldı.

Beyrək qılıncını sıyırdı. Yalıncıq dili topuq çala-çala:

—Amandır, öldürmə məni, — dedi.

Beyrək: — Öldürmürəm, sarsaq, — dedi. — Dur qılıncımın altından

keç! — Yalıncıq Beyrəyin qılıncının altından keçdi.

Beyrək: — Get, — dedi. — Keçdim sənin günahından.

Dədə Qorqud qopuzunun şən sədaları ucaldı.

...Dədə Qorqud məzarının başında oturub. Qopuzun dınqıldadır,

amma indi onun çaldığı hava şən toy havası deyil — Dədə Qorqudun

özü kimi qəmgin, kədərli bir nəğmədir.

Dədə Qorqud deyir:

—Beyrək əsirlikdən qayıdıb gəldi, toyun etdi, Banıçiçəyi

gərdəyinə gətirdi, oğulları oldu. Beyrəyin bacısı Güneli Qazanın oğlu

Turala nişanladılar. Şadlıq elədik, çaldıq, oxuduq. Elə bildik ki, Oğuz

elinin qadalı-bəlalı günləri qurtardı getdi. Nə biləydik ki, müsibətli

günlərimiz qabaqdaymış, nə biləydik ki, hələ başımıza necə qəzalar

gələcək, yurdumuz nə bəlalar görəcəkmiş.

...Alp Aruzun çadırında Qara niqablı adam ona məlumat verdikcə

Aruzun bığlarından qan sızırdı. Aruz əlini çalıb, xidmətçilərini

çağırdı:

—Qan qohumumuz olan igidlərə adam salın, çağırın gəlsinlər.

Əmən gəlsin, Dəli Qoçər gəlsin.

...Çağrılan igidlər gəlib yığnaq oldu. Alp Aruzun çadırına

gəldilər. Həmişə sərxoş olan Dəli Qoçər atdan səndələyə-səndələyə

düşdü, çadıra yellənə-yellənə girdi.

Alp Aruz igidləri salamlayıb dedi: — İgidlər, mən sizi niyə

çağırdığımı bilirmisiniz?

Dedilər:

—Bilmirik.

122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!