19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

gedəcək.

Murad:

—Əşi nə danışırsan? Dənizdən neft çıxarmağın fəndini

tapmayacaqlar?

Əli:

—Nə bilim? Mən bir təhər başımı girrəyib, ailəmi dolandıracam.

Amma bax, buna hayıfım gəlir (qutudan nərə balığı çıxarır). Dünya

gözəldi e… İnişil Moskvadan bir adam gəlmişdi. Balıqlardan kitab

yazıb. Deyir, bilirsiz bu nədir. Dünyada ən qədim balıqdır, deyir.

Belə balığı tutanda adamın ürəyi dağ boyda olur.

Murad:

—Yadındadır, keçən yay söz vermişdin ki, məni də özünlə dənizə

aparacaqsan.

Əli:

—İstəyirsən lap sabah çıxaq…

Kamil:

—Mən də, mən də…

Gülsüm:

—Otur yerində, sən hələ balacasan…

Murad:

—Niyə? Daha yekə kişidir, maşallah…

Kamil:

—Hə.

Əli:

—Bu saat bilərik. Bura gəl görüm (qutudan iri bir balıq çıxarıb

Kamilə uzadır). Qaldır bunu başının üstünə.

Kamil bir qədər çətinliklə də olsa, balığı başından yuxarı qaldırır.

Əli:

—Bir də.

Bu dəfə daha böyük çətinliklə qaldırır.

—Bir də.

Kamil hiss edir ki, bu son sınaqdır, var gücünü toplayıb, balığı

lap yuxarı qaldırır, bir müddət bu vəziyyətdə donub qalır.

Əli:

—Hə, oldu. İndi səni dənizə çıxarmaq olar.

Kamil Solmazın yanında qürrələnir.

Səhərin erkən çağı. Əli, Murad, Kamil başqa balıqçılarla birlikdə

iri qayıqda açıq dənizə çıxırlar. Sahildən iki başqa qayıq da aralanır.

24

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!