19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

nüfuzlu bir adam kimi Azərbaycan cümhuriyyəti yarananda onun

səhiyyə naziri olub. Sonra Gəncə qubernatoru olub, Gəncənin

qubernatoru olmaq isə o zaman Azərbaycanın yarısını idarə eləmək

deməkdi. Çünki iki quberniya vardı: Bakı quberniyası və Gəncə

quberniyası. 20-ci ildə Sovet hakimiyyəti qurulanda Gəncə

bolşevikləri gəliblər bunun yanına ki, sən hakimiyyəti təhvil

verməlisən. Bu da böyük məmmuniyyətlə hakimiyyəti təhvil verib.

Yəni möhürü və sairəni ki, "mən yenə də sevimli peşəmlə —

həkimlik peşəmlə məşğul olacağam" — deyib. Amma təəssüf ki, bu

ona nəsib olmayıb. Onu tutublar. Və bunu tutub aparan zaman böyük

nüfuzu olduğu üçün camaat xilas eləməyə çalışıb. Amma Xudadat

bəy deyib ki, nəbada əsgərlərə hücum eləyəsiz və məni xilas

edəsiniz. Çünki qan tökülər. Mənim heç bir günahım yoxdur, məni

aparacaqlar, dindirəcəklər, danışdıracaqlar, sonra yəqin buraxacaqlar.

Onu Bakıya gətirirlər və Xəzər adalarının birində güllələyirlər…

…Bir dəfə uzaq bir yerdə mən Dədə Qorqud haqqında məruzə

eləyirdim. Dastanın adı rusca tərcümədə "Kniqa moeqo Deda

Qorquda"dır… bir nəfər mənə yanaşdı ki, "Dədə Qorqud sizin

babanızdır?" Mən cavab verdim ki, bəli, babamdır. Mən Dədə

Qorqudu da öz ulu babam hesab eləyirəm, Füzulini də, Xətaini də,

Zərdabini də, Nərimanovu da, Mirzə Cəlili də, Üzeyir Hacıbəyovu da

mənəvi babalarım sayıram. Və bacardıqca bu nəvəlik borcumu

verməyə çalışıram…

Buzovna bağında. 28 avqust 1989-cu il

Bu bağ — Abşeronun şimalında, Xəzərin lap sahilində —

Buzovnada yerləşən bu bağ mənim üçün nədir? Həyatımın böyük bir

hissəsi və bəlkə də ən gözəl bir hissəsi. Çünki uşaqlıqla bağlı hissəsi,

qayğısız günlərlə bağlı hissəsi, atamla, anamla bağlı hissəsi bu bağda

qalıb. 50 ildir bu bağa gəlirik. Mənim yadımdadır, bura ilk dəfə

gəldiyimiz — bağın o tərəfində də bir ev vardı, sonra bu tərəfində bir

uçuq ev vardı… bu evin özü birmərtəbəli, uçuq bir evdi. Atam

yavaş-yavaş ikinci mərtəbəni tikməyə başladı, otaqları genişləndirdi,

sonra yuxarıda taxta eyvanı düzəltdi… bu bağ bizim ailənin taleyilə

bağlıdır, həm də mənim üçün bir yay duyumu var burda, əbədi bir

yay duyumu… Əlbəttə ayrı vaxtlarda da gəlirdik bura, bəzən payızda

gəlirdik, yazda da gəlirdik. Amma yaşadığımız əsas dövr yay idi, ona

353

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!