19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Konservatoriyada, Ərtoğrul hərbi paltarda Üzeyir bəyin

kabinetində. Ərtoğrul:

—Hörmətli Üzeyir bəy, sabah əsgər gedirəm. Yeganə

nigarançılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm,

keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə,

mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq

bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistqalıq,

həm də ibtidai məktəbdə matematikadan, dildən dərs deyə bilər. Ən

vacib məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi

yardımdır.

Üzeyir Ərtoğrulu qucaqlayıb bağrına basır. Ərtoğrul vidalaşıb

otaqdan çıxandan sonra Üzeyir bəy eynəyini çıxarıb gözlərini silir.

Bəmbəyaz qarlı çöl. Əvvəldə ekranda gördüyümüz yuxu təkrar

olur. Qarlar içində uzaqda qara paltolu, qara papaqlı kişi fiquru...

Başı açıq, ayağı yalın Müşkinaz xanım ona sarı getmək istəyir, gedə

bilmir, qışqırmaq istəyir, qışqıra bilmir. Kişi üzünü bu tərəfə

çevirəndə gözləri qapalı Cavidi, sanki onun meyitini görürük.

Müşkinaz xanım hövlnak ayılır və əliylə gecə lampasına toxunur.

Lampa şüşəsi yerə düşüb sınır.

Ekranda yazı:

5 dekabr 1941-ci il.

Turan Ərtoğrulun məktubunu oxuyur (Ərtoğrulun səsi):

—Əziz bacım Turan, bir ədib söyləmiş ki, həyat insanlardan daha

insafsızdır. Doğrudan da, belə imiş, Tale məni elə bir hala saldı ki,

heç cəbhəyə də gedə bilmədim, vərəm bunu da mənə çox gördü.

Üzeyir bəyin, Bülbül dayının sizə yardım etdiyini eşidəndə gözlərim

doldu. Demək, mən xatirələrdə yaşayıram. Demək, dünya yaxşı

insanlardan xali deyil. İmkan tapsan hər ikisinə mənim

təşəkkürlərimi çatdır...

İndi hərbi qospitaldayam. Turan! Babanın sözlərini unutma: qırıl,

lakin əyilmə. Çalış kimsə yaxın durmasın. Şəklini mənə göndər.

Yeməyim yaxşıdır. Turan, məni ən çox düşündürən səni əhatə edən

mühitdir, yoldaşların, sənin xarakter inkişafındır. Hər bir addımda

çox ehtiyatlı ol. Mümkün qədər hamıdan kənar, soyuqqanlı.. Hamıya

çoxlu salamlar. Məndən heç nigaran olmayın. Vəziyyətim yaxşıdır.

Dedilər ki, ana bura gələsidir, əgər çətindirsə lazım deyil, gəlməsin.

Qardaşın Ərtoğrul.

Ərtoğrul palatada, çarpayıda uzanıb. Xeyli arıqlayıb, rəngi qaçıb.

283

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!