19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

oyananda isə təəccüb qaldı ki, o, Çjoudur. Və artıq bilmirdi —

Çjoumu yuxusunda görmüşdü kəpənək olduğunu, , ya kəpənəkmi

yuxusunda görmüşdü ki, Çjoudur. Axı Çjou və kəpənək ayrı-ayrı

məxluqlardır. Ya bəlkə bu — elə dəyişmədir.

(Bu parçayla tanış olarkən Frans Kafkanın "Dəyişmə" hekayəsini

necə xatırlamayasan? Yəni bu mövzu — bir məxluqun başqasına ya

başqasının bir ünsürünə çevrilməsi müxtəlif — alleqorik, satirik,

sürrealist təfsirdə dünya ədəbiyyatının bir çox nümunələrində —

Qoqolun "Burun"undan İoneskonun "Kərkədan"ına qədər öz əksini

tapıb — tərcüməçinin qeydi).

Tilov ona görə lazımdır ki, balıq tutasan, Balığı tutandan sonra tilovu

unudurlar. Tələ ona görə lazımdır ki, dovşanı tutasan, dovşanı tutanlan

sonra tələni unudurlar. Sözlər ona görə lazımdır ki, fikri tutasan. Fikri

tutandan sonra sözləri unudurlar. Sözləri unudan adamı haradan tapım ki,

onunla söhbət eləyim?

Çjou Szı ölüm ayağında idi. Tələbələri ona təntənəli dəfn

mərasimi keçirmək istəyirdilər.

Çjou: — Bu nəyə gərəkdir —dedi — Tabutum — torpaq, türbəm —

səma olacaq, bütün canlılar isə mənim matəm mərasimimdə iştirak edəcək.

Məgər dəfnimə hər şey hazır deyilmi?

Tələbələri dedi:

—Qorxuruq ki, qarğa-quzğun meyitinizi didsin.

Çjou cavab verdi:

—Yer üzündə qarğa-quzğun didəcək, yerin altında qarışqalar,

cücülər daraşacaq. Məni birilərindən alıb o birilərə verməyə nə

hacət?

423

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!