19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Nə amma canım?

—İş ondadır ki…

—Hə, nədədi iş, ürəyimizi çəkmə. .

—İş ondadır ki, bizim kənddə bir dul övrət var. Onu almaq

istəyirəm. Amma kimsə onu tovlayır ki, mənə getməsin.

Qazı diqqətlə Xudayara baxır. Xudayar:

—Heç cür razı olmur övrət. İndi, Qazı ağa, gərək sən bu işə bir

əncam çəkəsən.

Qazı:

—Get, həpənd. gətirdiyin iki girvənkə qənddi, zornan gətirim

övrəti qatım sənin qoynuna? Get burdan…

—Allaha and olsun, qazı ağa, sən bu işdə mənə kömək eləsən,

sənin yolunda başımı da verərəm.

—Sənin başın mənim nəyimə gərəkdir, bəradər. Mənə bax bu

lazımdı, bu — əliylə kəllə qəndi sığallayır.

—Sən nə danışırsan qazı ağa. Sən məni nə bilmisən. Sən bir kəllə

rus qəndi deyirsən, mən sənə on bir kəllə gətirrəm. Nədi mənim

pulum yoxdu? Vallahi heç vaxt sənin kimi ağaların yanında xəcalətli

qalmanam. Nə qədər desən pulum var…

—Allah artıq eləsin. Mən adam tanıyanam, səni görən kimi dedim

ki, hə, bax bu mən deyən adamdı. Mən səndən bir kəllə yaxşı rus

qəndi alacam, vəssalam.

—Bu da gözüm üstə, qazı ağa. Bu saatca — getmək istəyir.

Qazı onu saxlayır.

—Tələsmə. Mən axı gərək elmi kitablara baxım, görüm bu

mətləbi necə həll eləmək olar. Hər şey gərək qanun qaydayla olsun

axı — Rəfdən qalın kitablar götürüb vərəqləməyə başlayır — Hə,

görürəm ki, bu məsələ bir az tuldur. Deməli bir kəllə qənd gətirmək

istəyirsən, çayı da yanında həmi?

—Əlbəttə — Xudayar yenə durub getmək istəyir.

—Tələsmə, tələsmə, bəradər. Hara tələsirsən. İndiki xərcə

düşəcəksən onda pulunu boş yerə səpələmə. Yaxşı çay Popovdu,

qənddəki, məsləhət edirəm ki, Karapetin dükanından alasan. Bu

günlərdə ora yaxşı qənd gətiriblər — Brodski.

Xudayar:

—Prodski — deyə təkrar edir.

—Hə, indi gedə bilərsən, sən get tədarükünü gör, mən də bu

kitablara baxım görüm nə çarə eləyirəm. Amma hər halda gərək iki

155

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!