19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

QƏM PƏNCƏRƏSİ

(Bu ssenari əsasında Anar quruluşçu rejissor kimi iki seriyalı

eyni adlı bədii film çəkmişdir. Ədəbi ssenarinin burada təqdim

olunan ilk variantı ilə film arasında müəyyən fərqlər var.)

Naxçıvanda Mirzə Gəlil Məmmədquluzadənin heykəli. Kamera

heykəldən meydana panorama edir və filmdə baş rolu ifa edəcək

aktyoru görürük. Müəllif aktyora yanaşır, Onlar müasir Naxçıvanın

küçələriylə dolaşır və gələcək film haqqında danışırlar

Aktyor:

—Sən Mirzə Cəlilin uşaqlığından danışırsan, Bu səhnələri burda,

Naxçıvanda çəkəcəyik?

Müəllif:

—Əlbəttə sonralar burda da çəkəcəyik, amma çəkilişə Bakıdakı

epizodlardan başlayacayıq. Mirzə Cəlilin yaşlı vaxtından. İndi bura,

Naxçıvana gəlməyimizin məqsədi odur ki, sən də, filmimizin başqa

yaradıcıları də bu yerlərlə, böyük yazıçının uşaqlığı keçdiyi yerlərlə daha

yaxından tanış olasınız. O dövrü daha yaxşı duymaq üçün buranın

mənzərələri, ab-havası, mühiti ilə daha yaxından tanış olmanız lazımdır.

Aktyor və müəllif gəlib Nehrəm kəndinə çıxırlar

Müəllif:

—Bax, Nehrəm kəndinin bu məktəbində Mirzə Gəlil dərs deyib.

Məktəbin həyətinə girir, Mirzə Cəlilin buradakı müəllimlik

fəaliyyətinə həsr olunmuş xatirə lövhəsinin qarşısında dayanırlar,

Həyətdə məktəbli uşaqlar oynayır.

Müəllif həyətdəki ağacın budağından asılmış zəngi göstərir:

—Bu zəng də elə o vaxtdan qalıb. Qəribə deyilmi, 90 il bundan

qabaq bax bu zənglə şagirdləri siniflərə çağırırmışlar. Bəlkə elə

Mirzə Gəlilin özü də bu zəngi çalırmış.

Müəllif əlini uzadır, zəngi tərpədir. Zəng çalınır və həyətdə

oynayan uşaqlar bu səsi eşidib siniflərə cumurlar.

Zəng səsləri altında yüyürüb siniflərə doluşan uşaqların fonunda

filmin adı yazılır:

131

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!