19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kiməsə xoş münasibətindən kədər yaranır, qorxu yaranır. Belə

münasibət yoxdursa, kədər, qorxu hardan olacaq? Kiməsə mehrini

salmaqdan kədər doğulur, qorxu doğulur. Mehrdən azadsansa

kədərin, qorxun hardan olacaq?

Kiməsə bağlanırsansa kədər doğulur, qorxu doğulur. Bundan

azadsansa kədər hardan olacaq, qorxu hardan olacaq? Ehtirasdan

kədər doğulur, qorxu doğulur, ehtirasdan xilas oldunsa kədər hardan

olacaq, qorxu hardan olacaq?

İstəkdən kədər doğulur, qorxu doğulur, istəklərin yoxdursa,

kədərin, qorxun da yoxdur.

Bu dünyadan gedən insanı o dünyada xeyirxah işləri qarşılayar —

yaxınları uzaq səfərdən qayıdan qohumlarını qarşılayan kimi…

Qoy qəzəbdən imtina etsin, özündənrazılıqdan əl çəksin. Ada və

formaya aludə olmayanların başına heç bir bəla gəlmir.

Qəzəbə qəzəblənməməklə, şərə xeyirlə, xəsisliyə səxavətlə,

yalana həqiqətlə qalib gəlmək olar.

Qəzəbə təslim olma, həqiqəti de. Əgər lap kiçik bir şey

istəyirlərsə səndən — əsirgəmə. Bu üç şərtə əməl etməklə Allahlara

yaxınlaşmaq mümkündür.

Olmayıb, olmayacaq və indi də yoxdur elə bir adam ki yalnız

qınağa yaxud yalnız tərifə layiq olsun.

Budur bax, ömrün sona çatdı, amma nə evin var, nə də yol üçün

ehtiyat azuqən.

Mütəmadiən, yavaş-yavaş müdrük insan öz üzərinə qonmuş çirki,

pası təmizləməlidir, zərgər gümüşü cilalayan kimi.

Həyasız, kəmfürsət, pozqun üçün yaşamaq asandır. Təvazökar,

həmişə təmizlik axtaran, vicdanı ləkəsiz olan üçün yaşamaq çətindir.

İnsan başqasına öz əqidəsinə uyğun olaraq nə qədər lazım bilirsə

azuqə verir. Kiminsə yeməsinə, içməsinə paxıllıq edən nə gecə, nə

gündüz rahatlıq tapmayacaq.

Daima özgəsinin günahlarını güdən adam həmişə əsəbidir,

hisslərini cilovlaya bilmir.

Göylərdə yol yoxdur, bizim dışımızda tərkidünyalıq yoxdur.

İnsanlar illüziyalarda təsəlli tapırlar, müdriklər illüziyalardan xalidir.

Durmaq yeri gələndə durmayan, gənc və cüclü çağında belə

tənbəl, iradəsiz və fikri əzilmiş insan müdriklik yolunu tapa bilməz.

Həqiqətən düşünməklə müdriklik yaranır, düşünməmək —

müdrikliyin məhvidir. Həyatın və həyatın məhvinin bu ikili yolunu

399

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!