19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

uyurdu.

Sevda (Onu dinləmir, məftunluqla odlara, şamlara baxır): Gör nə

gözəldir.

Biz də odları-işıqları görürük, onlar çoxdur, müxtəlifdir. Məşəllər

adamların başları üzərində hündürə qaldırılıb. İrili-xırdalı şamların

alovu. Ocağın közərən odu. Ocaqda kabab bişirirlər. Tonqalın gur

alovu. Tonqalın üstündə iri qazanlar asılıb. Bağın qaranlığında işıq

nöqtələri — kişilərin közərən papirosları. Uzaqlardan isə kənd

evlərinin zəif, tək-tük işığı görünür.

Sevda: İşıqlar, odlar… hərəsi də bir cür. Heç biri başqasına

oxşamır… Götürüb bunların hamısın çəkəsən.

Kamil: Əsil şəkil çəkmə məqamıdır.

Toy havası çalmağa başlayırlar. Zurna balabanda, qarmonda

çalırlar. Toy başlanır.

Rəqs səhnələri. Gah hay-küylü becid ritmli, gah sakit, nazlı-işvəli

Azərbaycan rəqsləri bir-birini əvəz edir. Gəlinlə bəy oynayır.

Xanəndə muğam oxuyur.

Qonaqlar dağılışır. Şamlar, lampalar söndürülür. Kamil və Sevda

səliqəylə bəzənmiş gəlin otağına keçirlər.

Evin ümumi görünüşü. Ev qaranlığa qərq olub. Yalnız bir otaqdan

zəif lampa işığı gəlir. O işıq da sönür.

…Axşamdır. Yeni xəstəxana binası. Bir neçə pəncərədən zəif

lampa işığı gəlir.

Dəhliz. Masanın üstündə kiçik neft lampası. Dəhlizdə gəzişən

Kamilin papirosu gah közərir, gah sönür. O əsəbi və intizarlıdır.

Səbirsizliklə var-gəl edir. Pəncərəyə yaxınlaşır. Pəncərədən görürük.

Qarşıdakı dirəyin üstündə meşin sapoqlu montyor dirəkdən

xəstəxana binasına elektrik xətti-məftil çəkir.

İndi biz gah yarıqaranlıq dəhlizdə papiros çəkən Kamili, gah da

dirəkdəki montyoru görürük.

Biz xəstəxananın dəhlizində və palatalardakı elektrik

lampoçkalarını görürük. Tavandan asılmış təp-təzə, təmiz

lampoçkalar hələ yanmır. Bütün bu kadrlarda istər işıqsız

lampoçkaları, istər montyorun işini, istərsə də Kamilin səbirsizliyini

göstərən kadrlarda — hər şeydə, hər yerdə bir işıq intizarı, işıq

həsrəti duyuruq. Son dəqiqələrini yaşayan qaranlığa qalib gələcək,

xəstəxananın küçələri, evləri bütün kəndi işıq dənizinə qərq edəcək

bir anın intizarını, həsrətini.

36

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!