19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qoyunları da gətirsək Qazana ulu heyf edərik.

Qıpçaq Məlik:

—Altı yüz atlı getsin, o qoyunları gətirsin, — dedi.

Altı yüz atlı Dəmirqapı Dərbəndə tərəf getdi.

...Tural əli bağlı atlar qabağında gedirdi...

...Qırx incə belli qızın içində boyu uzun Burla xatun əsir gedirdi...

...Qazan arabada xoruldayırdı...

...Uca dağın bir zirvəsində Qaraca Çoban qayanın üstündə

oturmuşdu. O, qəflətən uzaqlarda qalxan tozu gördü. Toz artdı,

dünyanı tutdu, yaxınlaşdıqca yaxınlaşdı. Sanki qara səmum yelləri

əsirdi, əsə-əsə uca dağa yaxınlaşdı. Qaraca Çoban atası Bəkilin

yanına gəldi. Tamamilə taqətdən düşmüş Bəkil yatağında üzüquyulu

qalmışdı.

Qaraca Çoban:

—Ata, — dedi, — ora bax, o dəniz kimi qaralıb gələn nədir? Od

kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər

ver mənə. Qara başım qurban olsun, ata, sənə.

Bəkil yatağında dirsəklənib uzaqlara baxdı, bildi ki, gələn yağıdır.

— Bəri gəl, aslanım oğul! — dedi, — dəniz kimi yayxanıb gələn

yağıdır, oğul! — Yağı nəyə deyərlər, ata?

—Oğul, oğul, ay oğul. Yağı Qıpçaq Məlikdir. Onun oxcusu var,

üç ox atar, biri yayınmaz. Onun hay demədən başlar kəsən cəlladı

var. Adam ətindən qovurma bişirən aşpazı var. Yağı bizi yaman

yerdə haqladı. Güclü belimin qüvvəsi oğul, bir gör axı nələr oldu,

nələr gəldi mənim başıma. Yağı bilib ki, neçə vaxtdır oğuz

igidlərindən aralanmışam, bilib ki, yıxılıb qıçımı sındırmışam, bilib

ki, sən hələ bərkə-boşa düşməmisən, məni yalqız görüb üstümə

qudurub oğul, dur dağımızın başında iki tonqal qala, oğuz igidləri

bilib agah olsun. Özün də tez Qazan xanın yanına get, əlini öp, de ki,

atam bükülüb əyilib, haldan düşüb. De ki, Qazan xan igidləri başına

yığsın, əlbəttə və əlbəttə mənə yetişsin, gəlməz olsa, yağı yurdumuzu

çapıb talayacaq, sürülərimizi aparacaq, elimizi ac-yalavac qoyacaq.

Məmləkətimiz pozulub xarab olacaq.

Qaraca Çoban dedi: — Ata, nə soylərsən, nə deyərsən, bağrımla

ürəyim nə dağlarsan. Tonqal qalayıb imdad dilədiyim yox. Qazan

kimdir? Onun əlini opməyim yox. Özümə nə gəlib ki...

Gücümü, qüvvəmi saxlamışdım bu gün üçün, günü gəldi.

Qolumu, biləyimi saxlamışdım bu gün üçün, günü gəldi.

99

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!