19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

MƏHBUSUN NƏĞMƏSİ

İNKVİZİSİYA QURBANI NAMƏLUM

(XV əsr ispan şairi)

Mayıs ayında idi, günlər isti ötürdü

Bülbüllər cəh-cəh vurur, torağaylar ötürdü

Aşıq-məşuqlar da ki, eşqin gizli sirrinə

Agah olurdu birgə

Bircə mən əzab çəkir, dar məhbəsdə yatırdım

Gecə-gündüz bilmədən günü günə qatırdım.

Bir quşcuğaz oxurdu mənə axşam və sabah

Oxçu oxladı onu, cəzasın versin Allah.

FRANSUA VİYON

(XV əsr fransız şairi)

Şahzadə əlbəttə mat qalmayacaq

Xəbər tutanda ki, ölüm badəsin

Viyon dibinəcən ləzzətlə içib

Sonra bu dünyadan arxayın köçüb.

Bilirəm milçəklər qonur şirniyə

Ölüm də axtarır, adam girriyə

Kitab oxumuşam, hər şeyi billəm

Bircə mən özümü bilmirəm niyə?

Hər şey tərsinədir, hər şey tərsinə

Müdriklər axmaqdır, axmaq əksinə

Ahıllar dərs alır qoca yaşında

Bircə aşiqlərdir ağlı başında

İlahi aç cənnət qapısın bizə

Burda cəhənnəmdə yaşamışıq biz

Durmuşuq ölümlə indi üz-üzə

Bizimçün dualar etməzmisiniz?

525

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!