19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sevda: Siz yatın, mən hələ işləməliyəm.

Gülsüm: Sən də yıxılıb yataydın, yorulmusan.

Sevda: Siz yatın, mən hələ işləməliyəm.

Gülsüm: Sən də yıxılıb yataydın, yorulmusan.

Sevda: Yox, sabaha bunu verməliyəm. Siz yatın.

Murad: Nənə, nağıl de.

Gülsüm: Biri vardı, biri yoxdu…

…Sevda çırağın zəif işığında işləyir. Plakat çəkir, səma və alışıb

yanan faşist təyyarəsi. Yerdən təyyarəyə atəş açan zenit topları.

Topçulardan biri sifətcə Kamilə oxşayır.

Gülsüm (nağılını pıçıltı ilə danışıb qurtarır): Göydən üç alma

düşdü, biri mənim, biri Gülsümün, biri də nağıl deyənin. Sevda işini

davam etdirir.

Gecənin zülməti. Yatmış kənd. Səssizlik təhlükə siqnalıyla

pozulur. Gülsüm dərhal gözlərini açır. Sevda cəld çırağı söndürüb.

Muradın yanına gəlir.

Gülsüm (pıçıltıyla): Sevda, bala, bəs deyirdin Hitler köpək

oğlunu öz yerinə qovublar.

Sevda: Yavaş, Murad ayılmasın. Yoxsa yenə bağrı yarılacaq.

Yəqin hərbi məşqdir.

Pəncərədən səmanı qayçılayan projektor şüaları görünür. X hərfi

şəklində haçalaşırlar. Siqnal şiddətlənəndə Murad diksinib oyanır.

Anasına sığınıb ağlayır.

Sevda (Onu sakit etmək üçün gülümsünür): Yat, yat, heç

utanmırsan? Nə olub ki? Axı sən evimizin kişisisən. Ağlama görüm,

biabır olduq. Göyə bax. Görürsən projektorlar nə qəşəng işıq salır.

Murad (hıçqıra-hıçqıra): Ana, faşistlər indi bomba atacaq. Nənə,

de də allaha ki, faşistləri öldürsün…

Sevda (gülərək): Nə danışırsan ədə faşistlər-zadlar nə gəzir.

Bunlar faşistləri çoxdan qırıb öldürüblər.

Murad: Kim öldürüb?

Sevda: Kim? Bizim əsgərlər. Sənin atan, baban, başqa əsgərlər,

əmilər. Bunu elə-belə öyrənmək üçün edirlər. Görürsən hər şey

qurtardı. Təhlükə siqnalı kəsilir. Murad hələ də göyü qayçılayan

projektor şüalarına baxır.

…Payız axşamı. Kərim babanın basdırdığı böyümüş alma

ağaclarının sarı yarpaqları tökülür. Külək bu yarpaqları havada

oynadır.

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!