19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

FRİDRİX NİTSŞE

(1844-1900)

alman filosofu

ZƏRDÜŞT BELƏ DEYƏRDİ

(HAMI ÜÇÜN VƏ HEÇ KİM ÜÇÜN OLMAYAN KİTAB)

Zərdüştün (Zaratustranın) müqəddiməsi

Fövqəlbəşər və son insan haqqında

Zərdüştün otuz yaşı tamam olanda vətənini və vətənin gölünü tərk

etdi, dağlara çəkildi. Burada o öz ruhundan və tənhalığından zövq

alırdı və on il ərzində səadətindən usanmadı. Amma nəhayət qəlbi

dəyişdi və bir səhər dan söküləndə durub üzünü günəşə tutdu, dedi:

—Ey böyük çıraq! Əgəb işıqlandırdıqların olmasaydı sənin

səadətinin nə mənası vardı. On ildir öz işığını mağaramın üstünə

salırsan və bundan usanardın, əgər mən olmasaydım, mənim qartalım

və mənim ilanım olmasaydı.

Amma biz hər səhər səni gözləyirdik, səni qəbul edirdik və sənə

xeyir-dua verirdik.

Bax! Həddən ziyadə bal toplayan arı kimi mən də öz müdrikliyimdən

doymuşam. Mənə sarı uzanan əllərə ehtiyacım var.

Müdriklər dəliliklərinə sevinənəcən, kasıblar sərvətlərindən

xoşlananacan mən bəxşişlər verəcəm. Buna görə aşağılara enməliyəm.

Sən hər axşam etdiyin tək mən də dənizə dalmalıyam, sənin kimi işığımı

dünyanın o biri tərəfinə aparmalıyam.

Yanlarına getmək istədiyim insanlar dediyi kimi mən sənin tək

qürub etməliyəm.

Ən böyük xoşbəxtliyə də qısqanmadan baxıb sakit göz! Mənə

xeyir-dua ver!

Dağılıan kuzəyə xeyir-dua ver ki, içindəki qızılı maye tökülsün və

hər tərəfə sənin işığını yaysın.

Bax, bu kuzə yenə də boşalmaq istəyir və Zərdüşt yenidən insan

olmaq istəyir.

Zərdüştün qürubu belə başladı.

Zərdüşt dağdan tək düşdü. Heç kəs çıxmadı rastına. Amma

meşəyə girən zaman qəfilcən qarşısında bir qocanı gördü. Qoca

müqəddəs komasını tərk etmişdi ki, ormanda meyvə kökləri axtarsın.

446

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!