19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Məlumdur ki, balaca Üzeyir məktəbə gedərkən Natəvan ona öz

Quranıyla xeyir-dua verib. Bu Quran durur. Amma Natəvanın öz

əliylə yazdığı şerlərdən və çəkdiyi şəkillərdən ibarət albomu da

durur. Bizə elə gəldi ki, məşhur şairəylə gələcək bəstəkarın görüşünü

canlandıran səhnədə bu albomu meydana çıxarmaq daha

münasibdir. Həm də Üzeyir özü də uşaqlıqda kiçik hekayələr yazar,

şəkillər çəkərmiş və onun bu dəftəri hifz olunub.

Mən bu epizod haqqında ona görə belə müfəssəl danışıram ki,

nadir hallarda səhnələr "uydurulanda" bu "uydurmaların" həqiqət

dərəcəsi aydın olsun.

Üzeyir Hacıbəyli və Əbdürrəhim bəy Haqverdiyev tərcümeyihallarının

biliciləri üçün bir məsələ də gözlənilməz görünə bilər:

Haqverdiyevin "Leyli və Məcnun" operasının premyerasında

dirijorluq etməsinin səbəbləri.

Görkəmli yazıçı, dramaturq Ə.Haqverdiyev musiqini sevən və

gözəl bilən adam idi, Şuşada və Bakıda Şərq konsertləri təşkil edirdi.

Şuşada hətta "Məcnun Leylinin qəbri üstündə" mövzusunda kiçik

səhnəciyin quruluşunu vermişdi. (Bu səhnəciyi uşaqlıqda Üzeyir də

ğörüb). Bütün bunlara baxmayaraq bir tarixi fakt adama təəccüblü

gəlir: Peşəkar musiqiçi, dirijor olmaya-olmaya, Haqverdiyev "Leyli

və Məcnun"un ilk tamaşasında orkestri idarə etmişdir. Onu da

xatırladaq ki, orkestrdə şərq alətlərindən başqa — skripka,

violonçel, klarnet, fleyta kimi notlu partiyaları ifa edən alətlər də

vardı. Bu tamaşada Haqverdiyev ilk və son dəfə dirijor olmuşdur.

Bundan sonra heç bir vaxt heç bir opera yaxud operettada orkestri

idarə etməyib. Bu məlum faktdır, amma onun motivləri və səbəbləri

haqqında heç yerdə bir kəlmə deyilmir…

Belə olan surətdə mən bu məlum faktı başqa bir məlum faktla

əlaqələndirirəm. — "Leyli və Məcnun"un premyerasına iki saat

qalmış tarzənlər (Qurban Pirimov və Şirindən başqa) nə üstündəsə

mübahisə edir və çıxıb gedirlər. Üzeyir bəy təcili surətdə onların

partiyalarını skripkalar üçün yazmalı olur. Premyerada bəstəkar özü

orkestrdə skripka çalıb. İkinci tamaşadan başlayaraq operaya

müəllif özü dirijorluq edib. Başqa bir məlum fakt: O vaxt "İslamiyyə"

mehmanxanasında yaşayan Üzeyir bəy operanın məşqlərini də burda

keçirirmiş. Həmin vaxt Haqvediyev də bu mehmanxanada qalırmış

və ilk operamızın yaranma prosesini müşahidə edirmiş. Bütün bu

faktlar haqqında dəqiq sənədlər var. Beləliklə bu müxtəlif faktları

174

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!