19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Murad:

—(Əliylə) Deməli, sən də balıqçı olacaqsan.

Kamil:

—Hə.

Əli gülür.

Qayıq açıq dənizdədir. Avarlar aram-aram suyu yarır. Göz

işlədikcə işləyən açıq dəniz, əngin səma. Açıqlıq, sakitlik, genişlik…

Kamil ovcundakı alışqanı gizlincə Murada göstərir.

Murad: (Təəccüblə) hələ itirməmisən? Ay sağ ol. Özünlə dənizə

də götürmüsən.

Əli (Ayağa durur): Yaxşı vaxtdır. Toru sağdan atın.

Balıq ovu başlayır. Əsas işləyən Əli və iki başqa kişidir. Murad

onlara kömək edir. Kamil maraqla tamaşa edir.

Balıqçılar toru çəkirlər, balıqları iri qutuya boşaldırlar.

Taxta qutuda saysız-hesabsız xırda balıqların sayrışan gümüşü

pulcuqları. Onlar hələ çabalayırlar, gümüşləri günəşin şüaları altında

bərq vurur. Balıqçılardan biri duz torbasının ağzını açır. İki əliylə

duz götürüb ovuc-ovuc qutuya səpir. Və dərhal da qutunun içində

çırpınan, çabalayan həyat əbədi bir hərəkətsizliyə, yoxluğa qərq olur,

yatır…

Sahil: Gülsüm evdədir.

Qəflətən külək qopur. Gülsüm eyvana çıxır. Külək şiddətlənir.

Gülsümün gözlərində həyəcan artır, güclənir.

Dəniz: Şahə qalxmış dalğalar qayığı adicə bir taxta parçası kimi

ora-bura atır.

Balıqçılar mətanət və təmkinlə avar çəkir, sahilə çatmağa cəhd

edirlər.

Kamilin halı lap xarabdır. Murad bir əliylə onu sinəsinə sıxıb, o

biri əliylə avar çəkir.

Külək get-gedə şiddətlənərək əməlli-başlı fırtınaya çevrilir.

Qadınlar, uşaqlar, qocalar, dənizdəkilərin ailələri axışıb sahilə

tərəf gəlirlər. Gülsüm də sahilə tərəf tələsir.

Qayıqda balıqçılar nəhəng dalğaları yarıb keçməyə çalışırlar.

Çılpaq sahil. Güclü dalğalar zərblə qayalara çırpılır, çiling-çiling

olub dağılırlar. Qaya üstündəki rəsm aydın görünür: avarçılar

qayıqda. Qumlar havaya sovrulub.

Sahildə adamlar həyəcanla dənizə tərəf baxırlar. Külək qadınların

çadralarını dartıb aparmaq istəyir, saçlarını qarışdırır.

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!