19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

şahini havaya qalxdı, uçdu. Meşənin qalın yerində bir ağacın üstünə

endi. Sən demə, Qıpçaq Məlik bu yerdə bir qoruq qurdurubmuş. Qaz,

toyuq, ceyran, dovşanı bu yerə yığıb tələ düzəldibmiş. Oğlancıqdır

nə bilsin? Şahinin ardınca meşəyə tərəf getdi. "Atam durana qədər

uçardan, qaçardan ovlayıb gətirim, atam oyanıb görsün, güvənsin,

sevinsin, fərəhlənsin" — dedi, atlanıb meşəyə tərəf üz tutdu. Tural

meşəyə girər-girməz dörd tərəfdən üstünə tor atdılar, altmış yaraqlı

adam əl-qolunu, ağzını bağladılar. Boynuna, topuğuna buxov

taxdılar. Ağ ətindən qan çıxınca döydülər, əli bağlı, boynu bağlı

qabaqlarına qatıb apardılar. Tural dustaq oldu.

Qara donlu, göy dəmirli yağılar nagahandan yetdilər.

Qazan yatan yerə gəldilər. Qazan bərk yuxuda idi, xorultusu ərşigürşi

tutmuşdu. Altmış adam qəfildən Qazanın üstünə düşdü, əlin

ayağın bərk-bərk sarıdılar, Qazanı bir arabaya yüklədilər, iplə kip

bağladılar. Qazan nəinki oyanmadı, heç qımıldanmadı da,

xorultusuna ara da vermədi. Araba yola düzəldi.

Qazanın obasında hələ heç kəsin heç nədən xəbəri yoxdu.

Qızlardan biri uzaqlardan qalxan tozu gorüb Burla xatuna dedi:

—Ceyran sürüsü keçir, gör necə toz qaldırıb.

Burla xatun onun göstərdiyi yerə baxıb həyəcanla dedi: — Ceyran

tozu olsa, bir ya iki bölük olardı. Bu gələn, bilmiş olun, yağıdır.

Toz yayıldı, gün kimi işıldadı, dəniz kimi yayxandı, meşə kimi

qaraldı. Altı min it üzəngili, geçə börklü, gecə ürəkli, quzğun üzlü,

azğın sözlü düşmən süvarisi Qazanın obasına basqın elədi. Qazanın

ağ ban evlərini, çadırlarını-çətirlərini çalıb çatdılar, qaza bənzər

qızlarını, gəlinlərini çıqırışdırdılar. Tovla-tovla şahbaz atlarını

mindilər. Qatar-qatar qızıl dəvələrini yeddilər. Ağır xəzinəsini, bol

axçasını taladılar. Qırx incə belli qızla boyu uzun Burla xatun əsir

getdi.

Qıpçaq Məlik:

—Qazanın belini qırdıq, — dedi.

Qıpçaq Məliyin atlılarından biri:

—Qazanda bir heyfimiz qaldı, — dedi.

—Nə heyfimiz qaldı?

—Oğuzların Dəmirqapı Dərbənddə on iki min qoyunu var. O

98

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!