19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İspan xalqında mən Orta əsrlərin canlı nümayəndələrini görürəm.

Gözəl Əndəlis qızlarının yerişləri lətif və incədir, qara məxmər

paltarlarının kəsiyindən görünən topuqları, sifətlərinin bəyazlığı, qara

gözlərində ehtirasın bütün çalarları haqqında çox danışmaq olar.

Avstriya qadınları çox təmkinli və sakitdirlər. Məhəbbət onlarçün

bir tapınaqdır və əgər bir qadın tutalım bir fransıza aşiq olursa bütün

varlığıyla onu sevir. Yüngül qadınlar hər yerdə var, amma

ümumiyyətlə venalılar daha etibarlıdırlar. Etibardan danışanda mən

onların özləri seçdlikləri aşnalarına sadiq olduqlarını nəzərdə

tuturam, çünki Venada da ərlər hər yerdə olduqları kimidir.

Həqiqi məhəbbət örnəklərini və onun vətənini bədəvi ərəblərin

çadırında axtarmaq lazımdır. Bir ərəbdən soruşurlar: Sən hansı

qəbilədənsən? Cavab verir:

—Mən sevişərkən ölənlərdənəm. —Deməli sən Əzra

qəbiləsindənsən.

Bir ərəb Əzra qəbiləsindən olana deyir: — Siz — Bəni—Əzra

qəbiləsi elə düşünürsünüz ki, sevişərkən ölmək nəcib ölümdür, amma

əslində bu zəiflik və axmaqlıqdlır. Əzra qəbiləsindən olan gənc

deyir: — Əgər sən bizim qadınları —onların uzun kirpiklərlə

örtülmüş iri qara gözlərini, ox kimi sancan alt kirpiklərini, onların

siyah dodaqları arasından gülüş zamanı ağaran dişlərini bir dəfə də

görmüş olsaydın belə danışmazdın.

Bir müsəlman xaçpərəst qıza aşiq olur. Səfər zamanı xəstələnir və

onu müşayət edən dostuna: mənim ömrüm bitir — deyir — bu dünyada

daha sevgilimi görə bilməyəcəm. O dünyada onu görmək üçün

xaçpərəstliyi qəbul edib ölürəm. Belə də edir. Dostu vətənə qayıdıb

xaçpərəst qıza bunu danışanda o da: Mən bu dunyada daha sevgilimi

görməyəcəm — deyir — o dünyada ona qovuşmaq üçün İslamı qəbul

edirəm.

440

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!