19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

səviyyəli ifasında təqdim edirik.

Bütün istədiklərimizi, can atdıqlarımızı, arzuladıqlarımızı həyata

keçirə bildikmi, bilmədikmi — bu barədə söz, əlbəttə, mənim deyil,

tamaşaçılarındır. Mən isə ancaq onu deyə bilərəm ki, böyük

bəstəkarın fədakar ömrüylə, ölməz Üzeyir sənətiylə məni daha da

yaxınlaşdıran, doğmalaşdıran, təkrarsız Hacıbəyli dünyasına —

gözəlliyə qovuşduran filmə minnətdaram. Gerçəkdən də Hacıbəyli

dünyası — gözəllik, ülvülük, nəciblik dünyasıdır. Üzeyir Hacıbəylinin

müqəddəs surəti ömrümün, mənəvi həyatımın ayrılmaz hissəsidir. Bu

dahi insana qibtə edirəm.

Onun müsiqisi ölməzdir.

Üzeyir ömrünün verdiyi dərslər — son dərəcə qiymətlidir.

1980-1985

P.S. 20-25 il bundan əvvəl yazılmış bu qeydlərə bir əlavə etmək

istəyirəm. "Üzeyir ömrü" ("Akkordı dolqoy jizni") sovet vaxtında

çəkilmişdi və təbii ki, böyük bəstəkarın bioqrafiyasında önəmli yer

tutan bəzi məqamlar filmdə əks oluna bilməzdi: Üzeyir bəyin ilk

Azərbaycan Cümhuriyyətinin görkəmli xadimlərindən biri kimi

fəaliyyəti, "Müsavat" partiyasının üzvü olması, Baş redaktoru

olduğu "Azərbaycan" qəzetində kəskin antikommunist, anti-rus

yazıları, nəhayət müstəqil Azərbaycanın himnini bəstələməsi… Bütün

bunlar təbii ki, o dövrdə əks oluna bilməzdi. Əhməd Cavadın

sözlərinə bəstələnmiş, Türkiyədə də çox populyar olan "Çırpınırdı

Qara dəniz" mahnısı, qardaşı Ceyhun Hacıbəylinin Parisdə qalması

və s. məsələlər də bu sıradandır. Hətta əks işarəli faktlar — Stalin və

o zamankı sovet rəhbərliyinin "Koroğlu" operasının Moskva

tamaşasında iştirak etmələri və müəllifi təqdir etmələri, Üzeyir bəyin

Stalinlə görüşləri, ona kantata həsr etməsi, müstəsna hal olaraq

bəstəkarın namizədlik müddəti keçmədən bir başa Kommunist

partiyasına üzv qədul edilməsi və bu səpkidən başqa mətləbləri də o

vaxt heç cür açmaq olmazdı. Bu günün "icazəli qəhrəmanları": bəs

həmin mühüm faktlardan söz aça bilmirdinizsə niyə bu filmi

çəkirdiniz? deyə irad tutacaq. Belə iradlara cavabım budur: Üzeyir

bəy ilk növbədə böyük bəstəkar idi. Onun özəlliyi siyasi fəaliyyətində

deyil — dahiyanə musiqisindədir. Bizim məqsədimiz də üç saatlıq

filmin göstərilmə müddətində tək Azərbaycan tamaşaçılarını deyil —

177

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!