19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Cəlil dəftərinə nə isə yazır. İskəndər:

—Gəlil də elə hey yazır, yazır. Deyəsən axı sən mirzə olacaqsan,

hə? Mirzə Gəlil.

Cəlil gülümsünür.

Məmmədhəsən əminin həyəti. Yenə ulağını oxşayır. Xudayar

bəyin zəhmli səsi eşidilir. Xudayar bəy əlində şallaq divarın yanında

dayanıb

—Məmmədhəsən əmi — deyir — çıxart eşşəyini, şəhərə

getməliyəm. Nəçənnik çağırıb.

Əvvəl-əvvəl karıxıb qalan Məmmədhəsən əmi:

—Bu saat, bu saat, baş üstə — deyə-deyə ulağı həyətdən çıxardır.

Xudayar ulağın belinə minir.

Küçənin o başında Əhməd və Cəlil görünürlər. Əhməd ulağın

belində Xudayarı görüncə yerindən sıçrayır, qaçıb gəlir, ulağın

quyruğundan yapışır.

—Qoymaram, qoymaram — deyir — qoymaram ki, mənim

eşşəyimi aparasan. Dədə, hara aparır mənim eşşəyimi?

Məmmədhəsən əmi oğlunu sakitləşdirməyə çalışır:

—Bala, bir toxta görək. Eşşəyinə nə olacaq ki, Xudayar

əmin…Xudayar bəy əmin şəhərə gedir, axşama qayıdacaq, eşşəyin

də gəlib çıxacaq.

Əhməd qışqırır:

—Yox. yox, qoymaram. — Eşşəyin quyruğunu buraxmır —

qoymaram aparsın.

Xudayar çevrilib qəzəblə ona baxır:

—İt oğlu it — deyir — korsan, görmürsən məni…

Əhməd yenə də eşşəyin quyruğun buraxmır.

—Qoymaram, qoymaram.

Xudayar şallaqla Əhmədin başından vurur. Əhməd yıxılır.

Xüdayar bir şallaq da eşşəyə çəkib tələsik uzaqlaşır.

Məmmədhəsən əmi oğluna tərəf atılır.

Əhmədin üzündə şallaq yeri — qançır var. Amma dişini-dişinə

sıxıb daha ağlamır, uzaqlaşan Xudayarın arxasınca nifrətlə baxır.

Tozlu yollarla Xudayar eşşək belində şəhərə tərəf gedir. Yol boyu

rastlaşdığı kəndlilər ona təzim edirlər.

Xudayar kiçik əyalət şəhərciyinə girir, karvansaranın yanına gəlir.

Ulaqdan düşüb karvansaraçı Kərbəlayi Cəfərlə görüşür…

—Kərbəlayi Cəfər — deyir — apar qat bu eşşəyi tövlənə. İki

153

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!