19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

—(Balaca göyərçinləri göstərir) bunlar da uçacaqlar, hə?

Murad:

—Lap yəqin. Bir vaxt gələcək siz də uçacaqsız.

Kamil:

—Biz?

Murad:

—Hə, siz. Belə maşınlar düzəldiblər, təyyarə deyirlər onlara.

Adamlar onlara minib qalxırlar göyə. Hələ onlar azdır, tək-tük. Getgedə

çoxalacaq, onda hamı uçacaq.

—Bəs onlar haçan çoxalacaq?

—Benzin çox olanda.

—Benzin?

—Bəli, benzin. Onlar benzinlə uçur. Benzini də neftdən

düzəldirlər. Mən dedim də sənə, dünyada hər şeyin əsli, bax, bu

torpağın altındakı neftdir. Onu ordan, torpağın altından çıxartsaq,

onda biz də bax ora, göyün üzünə qalxacayıq.

Hər üçü başların qaldırıb səmaya, pərvaz edən göyərçinlərə

baxırlar.

…Ayrılıq günü. Muradgil yola düşürlər.

Murad:

—Di salamat qalın. Gələn yay yenə gələcəyik.

Gülsüm

(Birdən) vay, vay, başıma xeyir, lap yadımdan çıxmışdı. Sən

allah, bir ayaq saxlayın. Kamil qurban olum, qaç bir su gətir.

Murad:

—Əşi, yaxşı sən də.

Gülsüm:

—Yox, yox, dünyasında qoymaram.

Quyu başında.

Arvadlar növbədə dayanıb. Ağca xala yuxa bişirir. Kamil sərniclə

qaçaraq gəlir.

Ağca:

—Ay sənin qadanı alım, yenə vaxtında gəlməmisən. Yuxam hazır

deyil. Bir azdan gəl, sənə təptəzə yuxa verim. Gözlərinin qadasını

alım, niyə belə töyşüyürsən?

Kamil:

—Dayım gedir. Anam dalınca su atmaq istəyir. Növbədəki qadın:

Gətir bura qabını (vedrəsindən su tökür).

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!