19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

çalışırıq. Mənə danışırdılar ki, bu yaxınlarda bir qadın kobud ifadə

işlədəndən sonra, üzr istəyib: deyəsən mən də ekzistensialist oluram

— deyib. Deməli ekzistensializmi ayıb bir şey sayırlar.

Bir cəhət də var. "Ekzistensializm" sözünü işlədənlərin çoxu bu

sözün mənasını izah edə bilməz. Çünki bu söz indi elə dəbə düşüb ki,

hətta musiqiçiləri və rəssamları da ekzistensialist adlandırırlar. Söz

indi çox geniş anlam qazanıb, odur ki, mahiyyət etibarilə daha heç

bir məna daşımır. İndi sürrealizm kimi yeni avanqard bir cərəyan

olmadığı vaxtda sensasiyaya aludə olanlar ekzistensializm fəlsəfəsinə

üz tutur. Ancaq bu mənada ekzistesializm onlara heç cür faydalı ola

bilməz.

Ekzistensializm ciddi təlimdir və hay-küy vasitəsiylə məşhur olmağa

can atmır. O, əsasən mütəxəssislər və filosoflar üçündür. Buna

baxmyaraq hər halda onun tərifini də vermək olar.

İşin bir çətinliyi də ondadır ki, ekzistensializmin iki növü var —

birinci növ xristian ekzistensialistləridir ki, bunlara mən Yaspersi və

katolisizmə tapınan Qabriel Marseli aid edirəm. İkinci ateist

ekzistensialistlərdir ki, bunların arasında Haydeqqer və fransız

ekzistensialistləri, o cümlədən mən özüm də varam.

Hər iki cərəyanı birləşdirən yalnız bir fikirdir ki, varlıq

mahiyyətdən daha əvvəldir. Bunu necə başa düşmək olar:

İnsan əliylə yaradılmış hər hansı əşyanı, məsələn kitabı ya kağız

bıçağını götürək. Bunları düzəldən peşəkar əvvəl-əvvəl bu əşyaların

müəyyən anlayışına riayət edir. Beləliklə kitab ya bıçaq müəyyən

üsulla istehsal olunmuş və müəyyən məqsədə xidmət edən əşyalardı.

Bıçağın nəyə lazım olduğunu bilməyən adamın bıçaq qayırmasını

təsəvvür etmək olmaz.

Biz Yaradanı, Allahı təsəvvürümüzdə canlandıranda onu ən

yüksək səviyyəli peşəkar usta kimi düşünürük. Hansı fəlsəfi təlimi

götürürsünüz götürün — Dekartımı, Leybnitsimi, hamısında nəzərdə

tutulur ki, iradə əlin dalınca gedir, yəni əvvəl fikirdə yaranan şey

sonra əmələ keçir. Allah da yaradanda nəyi ya kimi yaratdığını əla

təsəvvür edirmiş. Beləliklə Allahın şüurunda "İnsan" anlayışı peşəkar

üstanın şüurunda "bıçaq" anlayışının analojisidir. Allah da, peşəkar

usta kimi insanı yaradarkən niyyətinə və vasitələrinə arxalanır.

XVIII əsrdə filosofların ateizmi Allah anlayışını aradan götürdü,

amma onlar belə insan mahiyyətinin onun tarixi varlığından əvvəl

olduğunu inkar edə bilmədilər. Bu ideyanı biz Didrodan, Volterdən

491

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!