19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Aparıcı:

—Orta əsrlərin zülmət qaranlığında, qanlı müharibələr, amansız

istilalar, talanlar və qarətlər dövründə iztirab çəkən insan bir təsəlli,

bir pənah axtarırdı.

Gecənin qaranlığına qərq olmuş səma fonunda əzəmətli bir

məscid binasının silueti — gümbəz, minarələr. Minarənin başında

müəzzin əzan çəkir.

Aparıcı:

—İslam dini insanları mutiliyə, şükrana, təvəkkülə çağırır, bu

dunyadakı iztirabların əvəzində o dünyada cənnət vəd edirdi.

Aparıcı

—Dövrün açıq fikirli, düşünən insanları bu mütiliyə dözə bilmir,

bu zehni əsarətlə barışmaq istəmirdilər. Lakin o dövrdə dini itaətə,

ruhani köləliyə qarşı üsyan yalnız dinin öz daxilində, öz çərçivəsində

mümkün idi. Gah sufilik, gah mütəzalilik, gah ismaililik adıyla

meydana çıxan müxtəlif islam təriqətləri dar qəliblərdə çabalayan

insan təfəkkürünün çırpıntıları idi.

Əzan səsi güclənir.

Aparıcı:

—Din "şəkkakə lənət" deyirdi. Düşünmədən, anlamadan. dərk,

etmədən yalnız inanmalı, səcdə qılmalı, şükr eləməliydin. Üsyankar

insan şüuru barışmaq, susmaq, tabe olmaq istəmirdi. İslam dini

daxilində vəhdət-vücud-panteizm fəlsəfəsi yaranırdı. X əsrdə

"Ənəlhəq" — Allah mənəmU deyən sufi şair Həllac Mənsur dara

çəkildi. XIV əsrdə hürufilik təriqətinin əsasını qoymuş Fəzlullah

Nəimi Teymurləngin oğlu Miranşah tərəfindən edam edildi.

Ekranda miniatürsayaq stilizə edilmiş faciəvi şəkillər. Edam

səhnələri. Bu şəkillər Avropa tarixinin qanlı səhifələrini —

inkvizisiya işgəncələrini, yanğın gecələrini əks etdirən qravürlərlə

tamamlana bilər; cəhalət cinayətləri Qərbdə də, Şərqdə də az

olmayıb.

Aparıcı:

—Orta əsrlərin cəhalət zülmətində əqidəsi uğrunda ölümə getmiş

Cordano Brunolar, Yan Quslar, Həllac Mənsurların sırasında bir

böyük insanın da adı var: İmadəddin Nəsimi.

Nəsiminin muasir rəssamlar tərəfindən çəkilmiş xəyali rəsmləri.

Aparıcı:

318

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!