19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ortasında saqqızla yapışdırılmış üzüyə nişan atırdılar.

Özünü dəliliyə qoymuş, əcaib qiyafəli Beyrək gəlib bir qıraqda

dayandı, ox atanlara tamaşa eləməyə başladı.

Elə ki, Qarabudaq ox atdı, Beyrək:

—Əlin var olsun! — dedi. Əmən atdı, Dondar atdı, Beyrək:

—Əlin var olsun! — dedi.

Növbə Yalıncığa çatdı. Yalıncıq atanda Beyrək:

—Əlin qurusun, barmaqların çürüsün, — dedi, — Hey donuz

oğlu donuz, donuz da öküzə ox atarmı?

Bu sözə igidlər gülüşdü, Yalıncığın bərk acığı tutdu, hirslə:

—Hey, dəli ozan, — dedi, — sən hardan gəlib çıxdın? Sən

kimsən ki, mənə bunun kimi sözlər söyləyirsən?

Beyrək:

—İgidlərə qurban olasan, — dedi, — ox ata bilmirsən, niyə

başını başlara qoşursan? Heç yayı elə çəkərlər?

Yalıncıq:

—Yaxşı, sarsaq, — dedi, — gəl mənim yayımı çək görüm, necə

çəkirsən. Çəkə bilməsən səni öldürəcəm.

Beyrək yayı aldı, çəkdi, yay qəbzəsindən iki para bölündü,

Beyrək paraları Yalıncığın üstünə atdı.

—Daz yerdə torağaya atmağa yaxşıdır, — dedi.

Yalıncıq mohkəm pərt oldu, amma özünü sındırmadı:

—Beyrəyin yayı vardır, gedin, onu gətirin, — dedi.

Gətirdilər, Beyrək öz yayını görcək kövrəldi, yayı əlinə alıb opdü:

—İgidlər, — deyə üzünü oğuz igidlərinə tutdu, — sizin eşqinizə

yayı çəkib, oxu atıram,— dedi. Bir oxla üzüyü vurdu, paraladı.

İgidlər bunu görcək əl çaldılar, gülüşdulər. Bir qıraqda, yüksək bir

yerdə oturub tamaşa edən Qazan Beyrəyi çağırdı. Beyrək gəldi, baş

endirdi, bağır basdı, salam verdi.

Qazan:

—Hey dəli ozan, — dedi. — Yayı çəkib, ox atmağın xoşuma gəldi.

Beyrək gedəli heç kəs onun yayını çəkə bilməmişdi. Bu hünəri ki, sən

göstərdin, dilə məndən nə dilərsən. Çətirli otaq, altun axça, qoyun, dəvə,

at — dilə verim.

Beyrək:

—Sultanım, — dedi, — səndən diləyim budur: qoy mən yeməklər

bişən yerə gedim, qarnım acdır, doyurum.

Qazan güldü:

117

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!