19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Alçaqdan uca yerlərə çapıb, ucadan alçaq yerlərə endilər.

Gördülər ki, Tural bir dərənin çalovunda yıxılıb qalıb. At da

yanındadır. Qarğa-quzğun qan iyinə gəlib oğlanın üstünə qonmaq

istəyir, at şıllaq atıb qarğa-quzğunu qovur, qonmağa qoymur. Qarqağuzğun

qalxıb-endikcə toz gah qalxır, gah durulurdu.

Dədə Qorqud oğlanın yarasına baxıb:

— Xanım, bu yaradan qorxma, — dedi, — bu yaradan oğlana

ölüm yoxdur. Ana südü, bir də dağ çiçəyi onun yarasına məlhəmdir.

Dədə Qorqud sonra Günelə dedi: — Qızım, qalx dağın döşünə,

çiçək dər gətir, — nişanlının yarasına bas.

Günel dağdan utanaraq yaşmaqlandı, yamaca çapdı. Dağın döşü

yapyalın idi, nə bir ot, nə bir çiçək. Günel nə qədər gəzdi, bir şey

tapmadı.

...Burla xatun əmcəyini sıxdı, südü gəlmədi, iki sıxdı, südü

gəlmədi, üçüncüdə qan qarışıq gəldi. Ana südündən üç damcı Turalın

dodaqlarına damızdırdı.

Günel üzünü ot bitməz, çiçək açmaz dağın zirvəsinə tutub dedi:

—Yüksək dağım, gözəl dağım. Anam deyərdi ki, sən Qazılığ dağı,

bizim hamımızın, Oğuz qızlarının, gəlinlərinin qayınatasısan. Otunu,

çiçəyini Turaldan əsirgəmə, Qazılıq dağı.

Həmin andaca dağın döşü çiçəkləndi, otlandı, yaşıl sarıya, sarı

qırmızıya qarışdı. Günel çiçəkləri toplamağa başladı, qaçıb Turalın

yanına gəldi, çiçəkləri sıxdı, suyundan iki-üç damcı Turalın yarasına

damızdırdı. Tural aram-aram gözlərini açdı, duman içində anasını

gördü, sevgilisini gördü, Dədə Qorqudu gördü, vəfalı atını gördü,

çiçəkli dağları, açıq səmanı, dünyanı gordü, gülümsündü.

Dədə Qorqud, Burla xatun, Günel və Tural harasa gedirdilər.

Onlar gəlib haman döyüş meydanına çıxdılar.

Bura tamam dəyişmişdi, Qaraca Çoban yöndəmsiz daş qalığlarını

dığırlayıb kənara atırdı. Daşlardan boşalmış meydanda öküzlər cüt

sürür, adamlar holavar çağıra-çağıra torpağı xışlayırdı. Qaraca Çoban

qan-tər içində torpağı daşdan-kəsəkdən təmizləyirdi. Beyrəyin 14

yaşlı oğlu ona kömək edirdi.

Dədə Qorqud: — Çoban, oğul, nə edirsən belə? — dedi.

Qaraca Çoban:

—Torpağı təmizləyirəm, Dədə — dedi. — İstəyirəm şumlayağ, əkək,

128

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!