19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MİŞEL MONTEN (1533-1592)

fransız filosofu

ESSELƏR

(XVI əsrin məşhur fransız mütəfəkkiri Mişel Montenın üç cildlik

"ESSE" əsərinin janr adını rus dilinə "OPITI", Türkiyə türkcəsinə

"DENEME" kimi çevirirlər. Məncə "ESSE" janrının Azərbaycan

türkcəsində daha dəqiq adı "DÜŞÜNCƏLƏR"dir)

Birinci kitabdan

BİRİNCİ FƏSİLDƏN ("Müxtəlif vasitələrlə eyni məqsədə

çatmaq mümkündür")

Bavariya hersoqu Velfi mühasirəyə alan imperator III Konrad heç

bir güzəştə getmək istəmədi. Mühasirəyə alınmışlar ən biabırçı və

alçaldıcı şərtləri qəbul etməyə hazır olsalar da İmperator yalnız ona

razılıq verdi ki, şəhərin içində qalan nəcabətli xanımlar qaladan

piyada çıxsınlar. Onların namuslarına təcavüz olunmayacağına və

özləriylə üstlərində götürəcəkləri heç bir şeyə toxunulmayacağına

zəmanət verilirdi. Bu şərtdən istifadə edən xanımlar ərlərini,

uşaqlarını və hersoqun özünü çiyinlərinə alıb qaladan çıxdılar.

Onların bu cəsarətli, nəcib və fədakar hərəkəti imperatora elə böyük

təsir göstərib ki, o, riqqətlənib ağlayıb. Məğlub etdiyi hersoqa

barışmaz və ölümcül düşmənçiliyinin alovu sönüb və o vaxtdan

həmin hersoqla da, onun təbəələriylə də daha insani rəftar etməyə

başlayıb.

İKİNCİ FƏSİLDƏN ("Matəm haqqında")

Matəm ovqatına aludə olanlardan deyiləm. Bütün dünya bu

duyğuya xüsusi ehtiram və sayğıyla yanaşsa da, mən bu hissi

sevmirəm və ona hörmət bəsləmirəm. Stoiklər də müdriklərə

məsləhət edirdilər ki, bu hissə qapılmasınlar.

Belə bir rəvayət var: Misir şahı Psammenit döyüşdə yenilib İran

şahı Kəmbizə əsir duşur. Əsir düşmüş qızını kəniz qiyafəsində görən

zaman əyanları ağlayıb sızlarkən Psammenit baxışlarını yerə tikib

hərəkətsiz dayanıbmış. Oğlunun edam olunduğunu görəndə də

dinməz-söyləməz, sakit durub qalır. Amma az sonra dostlarından

431

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!