19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

—Murad, ay Murad, — deyə Gülsüm xala həyətdə vurnuxur.

Sevda təlaş içində gəlir. — Gəzmədiyim yer qalmayıb. Heç yerdə

yoxdur.

Gülsüm: Adam göndərdim Kamili çağırsınlar.

Sevda (çağırır): Murad, Murad!

Kamil tələsik gəlir. — Nə oldu tapdınız?

Sevda: heç yerdə yoxdur. Elə bil gədə göyə çıxdı (ağlayır).

Kamil: Əşi, sən də dayan görək (boylanır). Bəlkə quyuya düşüb.

Gülsüm: Ə, əstəğfürullah de…

Kamil (quyuya yaxınlaşır, əyilib diqqətlə baxır): Murad.

Muradın zəif səsi gəlir: — burdayam.

Murad quyunun dibindədir. O burdan ulduzlara baxır. Ulduzlar

gündüz nə qədər işıqsız görünsələr də, hər halda burdan görünmürlər.

Lakin uşaq onları seçmir. Quyunun ağzından görünən səma birdənbirə

Kamilin qəzəbli sifətilə örtülür.

Kamil: Otur görüm vedrəyə. Bərk yapış.

Murad vedrəyə oturur. Kamil onu yuxarı çəkir.

Gülsüm, Sevda, qonşu qadınlar quyunun başına toplaşıb intizarla

gözləyirlər.

Nəhayət Muradın başı görünür. O bu qədər adamı, ağlayan

anasını və nənəsini, hirsli atasını görüb özünü lap itirir.

—Niyə mənə düz deməmisən?! Bir dənə də ulduz görmədim —

deyə kəkələyir.

—Ulduzlar, ulduzlar — deyə Kamil zəhmlə ona baxır. Bu saat

mən sənə ulduzları göstərərəm.

Muradı qıçları arasına alıb əməlli-başlı şapalaqlayır.

Gülsüm (güclə uşağı onun əlindən alaraq): Yaxşı, bəsdir,

öldürmə uşağı.

…Ulduzlu gecə. Kamil, Sevda, Gülsüm, və Murad açıq havada,

evin damında yatıblar. Muradın gözləri açıqdır. O, ulduzlu göyə

baxır.

Kamil də yatmayıb. O yan bu yana çevrilir. Nəhayət Murada

müraciət edir.

—Niyə yatmırsan Murad?

—Yatıram, — deyə Murad yavaş səslə cavab verir.

Kamil: Yaxşı, gəl bura mənim yanıma.

Murad onun yanına girir.

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!