19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

də bax beləcə hissləri yenidən oyada bilər.

Ən güclü ehtiras zamanı da insanda belə bir hiss doğula bilər ki,

guya o artıq sevmir, sevgidən usanıb, bezib. Sevgilisi haqqında

düşünərkən ləzzət almır, onu ən çox incidən isə odur ki, buna görə

əzab da çəkmir. İçində duyduğu boşluq ən ağır dərddir.

Bu gün axşam musiqi dinlərkən dərk etdim ki, bu melodiyalar

sevdiyin insanla keçirdiyin anlar kimi sənə bəxtiyarlıq bəxş etməyə

qadirdir. Musiqiyə aludəçilik məhəbbət arzularına bənzəyir. İncə və

kədərli motiv fikrimizi məhz eşq aləminə çəkir.

Rəsmi toy mərasimində gənc gəlin qorxu və utancaqlıq hissi

keçirir, onunçün az tanıdığı bir erkəklə əridirsə belə-bir yatağa

girmək, uzaqdan da olsa çoxdan tanıdığı bir şəxslə yaxınlıqdan daha

çətindir.

Məhəbbət uyqarlığın (sivilizasiyanın) möcüzəsidir. Vəhşi ya barbar

xalqlarda yalnız cinsi əlaqə var. Bu əlaqə həyadan məhrumdur. Həya

fantaziyanı oyadır və məhəbbətə həyat verir.

Həyatları boyu qadınlar kişilərin vacib saydıqları mövzularda

söhbətlərini eşidirlər — maliyyə qazancları, hərbi uğurları, dueldə

öldürülən rəqiblər, qisas almaq hadisələri və s. Məğrur qəlbli

qadınlar anlayr ki, bütün bunlar onlarçün əlçatmaz şeylərdir, onu da

bilirlər ki, öz qəlbləri daha yüksək, daha ülvi hisslərlə çırpınır.

Amma hər halda ən vecsiz kişilər də bir-birinə qadınlara

etdiklərindən qat-qat artıq hörmət edir.

Bir çox hallarda qadınlar kişilərdən daha cəsurdırlar. Özəlliklə

sevən qadın sevgilisi naminə heç bir təhlükəni vecinə almaz.

Məhəbbət münasibətlərinin ilkin çağında ən böyük səadət

sevdiyin qadının sənə əl uzatmasıdır. Əsl məhəbbətdə cinsi

yaxınlıqdan daha böyük zövq yaxınlıq ərəfəsindəki bu sonuncu

addımdır.

Özü haqqında xatirələr yaşatmayan xoşbəxtlik — xoşbəxtlik

deyil.

Ən böyük əbləhlik yaxın dostuna məhəbbət macəralarını

danışmaqdır. Dostun anlayır ki, sənin danışdığın ləzzətlərə heç vaxt

nail ola bilməyəcək və ona görə də qısqanclıq hissi keçirir.

Qadınlarda bu hiss daha da güclüdür. O biri tərəfdən eşq bəlasına

mübtəla olanlarda öz hallarını başqalarına danışmaq bir ehtiyacdır.

Qısqanclıq hissi məhəbbətin qənimidir. Sevdiyinizin başqa

birisinə üstünlük verməsi qəlbinizə sancılan xəncərdir. Belə hallarda

438

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!