19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

QƏM PƏNGƏRƏSİ

Titrlərdən dərhal sonra aktyor soruşur:

—Filmin adını niyə "Qəm pəncərəsi" qoyuruq?

Müəllif:

—Sabirin belə bir misrası var: "Baxmış bu müsəlmanlara qəm

pəncərəsindən"…

—Mirzə Cəlili nəzərdə tutub?

—Yox. Amma mənə nədənsə elə gəlir ki, Sabirin bu sözləri məhz

elə Mirzə Cəlilə aiddir. Mirzə Cəlil yazılarında tez-tez pəncərə

obrazına müraciət edib. "Molla Nəsrəddin" jurnalında bir karikatura

var, sənə göstərmişdim, yadında?

Ekranda "Molla Nəsrəddin" jurnalından karikatura: bir yanda

pəncərələri dəmir barmaqlıqlarla qapanmış həbsxana, o biri tərəfdə

pəncərəsiz bir ev və iki qadın.

Aktyor:

—Yadımdadır. Qadınlardan biri o birinə deyir, ay bacı, kaş bizim

də belə pəncərəmiz olaydı, adamın ürəyi darıxanda küçəyə baxaydı.

Yəni türmə pəncərələrini nəzərdə tutur. Çox acı yumordur

Müəllif:

—Mirzə Cəlilin hər zarafatında bir acı, bir ağrı var.

Bakı. Aktyor və müəllif Mirzə Cəlilin son illər yaşadığı evin

qarşısında. Kamera indi mənzil-muzey yerləşən bu binanın üstünə

vurulmuş lövhəni göstərir.

Aktyor:

—Filmimiz elə bu kadrlarla başlayacaq?

Müəllif:

—Bəli. Sən mənim prinsipimi bilirsən. Əgər real tarixi

şəxsiyyətlər haqqında fim çəkiriksə, hadisələr də məhz elə o real

məkanda cərəyan etməlidir.

Ev-muzeyin qarşısındakı küçədə çəkiliş səhnələri. Aktyor artıq

ömrünün son illərini yaşayan Mirzə Cəlilin qrimində və

qiyafəsindədir.

Müəllif aktyorla söhbət edir:

—Ömrünün son illərini təsəvvür et. Böyük, parlaq və çətin bir

həyat yaşanılıb. Bu həyatda hər şey olub —mübarizə, itkilər, dostlar

və düşmənlər, eşq, ailə və gündəlik ağır zəhmət — yorulmaz yazıçı,

publisist, redaktor əməyi , bir gün də ara verməyən vətəndaş

132

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!