19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Amma, əksinə, tutalım, "Ağ liman"ın qəhrəmanlarından biri. 37-

ci ildə adamları satan Dadaş yenə işin çəmini tapıb, çox alovlu

nitqlər söyləyəcəkdi, hətta o satdıqları adamlar haqqında xatirələr

yazacaqdı və danışacaqdı… Feyzulla Kəbirlinski bir uğursuz aktyor

kimi təqaüdə çıxıb xatirələrlə yaşayacaqdı. Təhminə yaşaya

bilməzdi. O, orda, elə o dövrdə həlak olur, orda qalmalıydı, çünki o

dövrün riyakarlığı ilə barışmadığı kimi, indikiynən də barışmazdı. Və

bu qəhrəmanlar haqqında düşünəndə mən bunları yaradan haqqında

da, yəni özüm haqqında düşünürəm. Və anlamaq istəyirəm ki,

tutalım, 66-cı ildəki mən ("Molla Nəsrəddin — 66" əsərimin tarixini

müqayisə götürürəm) və 89-cu ilin müəllifi — bu iki Anarın arasında

fərq nədən ibarətdir? "Molla Nəsrəddin — 66"nı yazanda mənim 28

yaşım vardı, illüziyalarım daha çox idi, ədəbiyyatın, sənətin, satirik

sözün nəyisə dəyişə biləcəyinə, dəyişə bilmək qüdrətinə inamın,

ehtimalın daha artıq idi. İndi bütün bunlara inamın, etiqadım daha

azdı.. itkilərim daha çoxdur, illuziyalarım daha azdı…

…Əlbəttə, ədəbiyyatın rolu gələcəkdə də, indi də mübarizə

eləməkdir, amma indi (bəlkə də bu yaşnan əlaqədardı) başıma bir

fikir gəlir ki, həyat dəyişdikcə yaxşılaşmır, durulmur, problemlər

gəlir və o ümidlərnən ki, biz o vaxt yaşayırdıq, o ümidlərin çoxusu,

təəssüf ki, bu gün puça çıxmışdır.

Amma bununla bərabər, yenə də mən bu bədbin nöqtə ilə, bu

bədbin sonluqla fikrimi yekunlaşdırmaq istəməzdim, çünki necə ki,

əkinçi, necə ki, kəndçi quraqlıq da olsa, təbii fəlakətlər də gəlsə,

zəhmətinin bəhrəsini görməsə də hər halda hər il həmin işi yenidən

başlayır, yenidən torpağa ümidnən, bərəkətə ümidnən, məhsula

ümidnən öz əbədi işini görür, eləcə mənəvi sahədə çalışan adamlar

da bədbinlik hissinə qapılmamalı və nəticəsini düşünmədən, aqibətini

düşünmədən, əməyinin hədər və puç olacağını düşünmədən həmişə,

gündəlik ağır zəhmətinə qatlaşmalıdır.

Onu deyə bilərəm ki, mən bütün ömrüm boyu bir əsər yazmışam:

müxtəlf janrlarda olsa da, müxtəlif fakturada olsa da, müxtəlif dövrlərə

hətta xitab eləsə də bu eyni bir əsərdir, insanların mənəviyyatı, insan və

zaman, insanın zaman qarşısında həm acizliyi, həm gücü, insanın

zamana müqaviməti və insanın son nəticədə qalib çıxması haqqında əsər.

377

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!