19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

var. Alp Aruzu qara çadıra aparacam, nə oğlu var, nə qızı. Tanrı onu

qarğıyıb, biz do qarğıyaq...

Ayna Mələk dedi:

—Bəybura, sözümü dinlə. Padşah tanrının kölgəsidir. Padşahına

asi olanın işi rast gəlməz. Bayandır xan sənin qonağındır, o sənə

qıydı, sən ona qıyma gəl. İgidlər içində alçaldıb, qızıl çadıra aparma.

Bəybura fikrə getdi...

İgidlər bir-bir yetdilər. Bəybura onları sevinclə qarşılayırdı.

Çadırlara ötürürdü. Aruza qara çadırı göstərdi. Nə o bir söz dedi, nə

də Alp Aruz. Aruz qara çadıra girdi; bu eynilə Bayandır xanın

qonaqlığındakı çadırdan idi, yerinə qara keçə doşənmişdi, qab-qacaq

da qapqara idi, xidmətçilər də zil-qara geyinmişdilər. Aruz dinməzsöyləməz

oturdu. Onun sifəti elə bil donub qalmışdı, amma birdən

bığlarından qan sızmağa başladı. Alp Aruzun xasiyyəti vardı — acığı

tutanda bıqlarından qan axardı.

Obanın o başında Ayna Mələk xatunları qarşılayırdı. Qadınların

içində al-qırmızı donlu, incəbelli, uzun boylu, gənc gözəl bir qız da

vardı — Bayandır xanın qızı Burla xatun. Uca boylu Burla xatunun

olsa-olsa on beş, on altı yaşı olardı. Burla xatun oğrun-oğrun o biri

tərəfə, cavan igidlər yığıldığı yerə baxırdı. Cavan igidlər bir qıraqda

ayaq üstə durmuşdular, xalçalar üzərində əyləşmiş atalarının,

əmilərinin söhbətlərinə qulaq asırdılar. Bir tərəfdə meydan

qurulmuşdu və bu meydan çəpər arasına alınmışdı. Bir azdan

hamının baxışları bu meydana dikildi — meydana gözləri qızmış bir

buğa və bir erkək dəvə çıxartdılar. Bunlar savaş üçün xüsusi tərbiyə

olunmuş heyvanlar idi. Üç kişi dəmir zəncirlə buğanı sağ yanından,

üç kişi sol yanından tutmuşdular. Buğanı meydanın ortasına

gətirdilər. O biri tərəfdən altı kişi dəvəni meydana gətirdilər. Birdən

buğa dartınıb zəncirini qırdı və dəvəyə tərəf cummaqdansa, çəpərə

tərəf atıldı. Meydandakılar qorxu içində bir bucağa qısıldılar. Buğa

həmlə edib çəpəri dağıtdı və meydandan bayıra çıxdı. Adamlar birbirinə

dəydi. Buğa birbaşa qadınlar olan tərəfə cumurdu,

buynuzlarıyla o qırmızı donlu Burla xatunu nişan almışdı, düz qızın

üstünə gəlirdi. Hürkmüş qız alaçığa söykənmiş, hərəkətsiz donub

qalmışdı. Buğa lap ona çataçatda idi. Hamı özünü itirmiş, quruyub

durmuşdu. Birdən cavan igidlərdən biri — on altı-on yeddi yaşlı bir

oğlan bir an içində yerindən qopub, göz qırpımında buğanın

qabağına keçdi, onun yolunu kəsdi, yumruğunu buğanın düz

64

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!