19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Anarın mənzilində

…Bu makina, bu da ağ kağız… Buna baxanda mən yazılmamış

əsərlərimi yox, yazılmışları da fikirləşirəm. Çünki məndə bəzən belə

hiss olur ki, mən o yazdığım yazıların qəhrəmanlarına qarşı bir növ

etibarsız olmuşam, bir növ etinasız olmuşam, yəni onların taleyini

izləməmişəm. 10 il, 15 il bundan qabaq… qırılıb onların taleyi, yəni

qırılıb o mənada ki, bir nöqtə qoymuşam onların taleyində, amma

həmin adamların, həmin personajların həyatları davam edir axı…

Mənim üçün onlar dirilər arasında kimidir. 80-ci illərdə, bizim

günlərdə hansı mərhələlərdən keçiblər — bunu mən izləyə

bilməmişəm və mən izləməsəm heç kəs izləyə bilməz, çünki bu

mənim qəhrəmanlarımdır. Onların taleyini yalnız mən izləməliyəm.

Və mən düşünürəm ki, bax bizim bu günlərdə məsələn, "Şəhərin yay

günləri"nin baş qəhrəmanı Qiyas yenə də bəlkə təklikdə mübarizə

aparacaqdı, necə o dövrdə durğunluq dövrünə qarşı mübarizə

aparırdı, bu gün də o çox güman ki, yenə tək qalacaqdı. Daxili

bütövlüyü, heç bir kompromisə, güzəştə getməməsi yenə də ona

çətinlik törədəcəkdi. Mənə elə gəlir ki, "Şəhərin yay günləri"

pyesinin qəhrəmanı Qiyas bu günlərin arzusu ilə yaşayırdı. O

düşünürdü ki, məhz bu günlər gələndə o, həyatda öz yerini, öz

qiymətini daha dəqiq alacaq, onun istədikləri gəlib çıxacaq. Amma

mən Qiyası bu günlərdə yenə dramatik fiqur kimi görürəm, bir

dramatik personaj kimi görürəm. Mən onu arxayınlaşmış, istədiyinə

nail olmuş və buna görə də sakitləşmiş adam kimi yox, yenə bu

hadisələrin içində görürəm. Bəlkə də o "durğunluq" dövrü ki deyirik,

— o zaman Qiyas bu "durğunluq" dövrünə qarşı mübarizə edirdi, —

o "durğunluq" dövrünü yaradanlar, ola bilsin, indi qabağa çıxıb yenə

də Qiyası ittiham eləmiş olsunlar. Yəni Qiyas yenə də təklikdə

qalmış olsan. Çünki gözümüz qarşısında gördüklərimizdən bu

nəticəni çıxarmaq olur. Görünür çox vaxt yaxşı adamların işi pis, pis

adamların işi yaxşı olur.

"Macal"ın qəhrəmanı Fuadın o dövrdə karyerası sırf "məmurluq",

"bürokratizm" sisteminin içindəydi. Bu gün isə bürokratizmlə

mübarizəyə başlardı. Amma yenə də karyera ehtirasları ilə, yenə də

vəzifə həvəsi ilə, yenə də mənsəb istəyi ilə… Nemət nə qabağa düşərdi,

nə geri qalardı. Onda olan obıvatellik xisləti var ki, o hər dövrdə sakit, öz

həyatını yaşayacaq idi…

376

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!