19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İBN HƏZM

(XI əsr ərəb mütəfəkkiri)

"GÖYƏRÇİN HƏMAYİLİ"

(İbn Həzm İspaniyanın fəthindən sonra 994-cü ildə Kordova

şəhərində anadan olmuşdur. )

Məhəbbət — əvvəl-əvvəl zarafatdır, amma sonucda çox ciddi

işdir. Onun cəhətləri o qədər incə və lətifdir ki, əsl mahiyyətini təsvir

etmək çətindir. Din də məhəbbəti inkar etmir, çünki qəlblər qadir,

böyük Allahın əlindədir və bir çox mömin xəlifələr və imamlar da

seviblər.

İnsanlar məhəbbətin məğzi haqqında çox mübahisə edir, uzunuzun

danışırlar. Mənim fikrim belədir ki, sevgiyə səbəb — burdakı

varlıqda bir-birindən ayrılmış qəlblərin yüksək aləmdə bir-birinə

qovuşmasıdır.

O ki, qaldı eşqin çox vaxt zahiri gözəllikdən pərvəriş tapmasına,

bu da təbiidir — qəlb həmişə gözəlliyə can atır və kamil surətlərə

aludə olur. Gözəlliklə rastlaşanda qəlb ona diqqət verməyə başlayır,

özünə yaxın cəhətləri görəndə qovuşmaq istəyi oyanır və həqiqi

məhəbbət yaranır. Amma əgər qəlb bu gözəlliyin arxasında özünə

məhrəm, yaxın olan heç bir şey duymursa zahiri görünüşə heyranlıq

sevgiyə çevrilmir, eləcə ehtiras olaraq qalır.

Məhəbbət insanı əldən salan xəstəlikdir, amma onun dərmanı,

əlacı da elə özündədir. Bu şirin xəstəlikdir, arzu olunan azardır, xəstə

bu xəstəlikdən sağalmaq, əzab çəkən əzablardan qurtulmaq istəmir.

Səmimi sevən insan yemək yeyərkən birdən sevgilisini

xatırlayırsa tikə boğazında qalır. Eləcə də şən söhbət edən aşiq

qəflətən sevgilisini yada salıb birdən-birə dalğınlaşır, tutulur, susur.

Yuxusuzluq aşiqlərə xas olan mərəzdir və təsadüfi deyil ki, şairlər

aşıq-məşuqları ulduzların çobanı adlandırır.

Mən ulduzları otarıram — hərəkətsiz ulduzları da, axan ulduzları

da…

Sanki bu ulduzlar və bu gecə — ehtirasın özüdür — zülmət içində

birdən-birə mənim qəlbimdə alışıb yanırlar.

Göz yaşları da eşqin əlamətlərindəndir. Amma insanlar fərqli

416

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!