19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

kəsilmədən, bir atdır əlimə düşdü.

Ozan qopuzu verdi, Beyrək yoluna davam etdi.

Uca dağın ətəyinə çatanda gördü Qaraca Çoban yolun qırağına

xeyli daş toplayıb, yenə yığır. Beyrək onu tanıdı, amma Qaraca

Çoban Beyrəyi tanımadı.

Beyrək:

—Çoban — dedi, — bir adam yolda daş görsə, kənara atar.

Son daşları bu yola niyə yığırsan?

Qaraca Çoban:

—Sən səni bilirsən, — dedi — mənim halımdan nə xəbərin var?

— Nədir ki, halın?

—Mənim Bamsı Beyrək adlı bir dostum vardı. Neçə ildir ölüsüdirisi

xəbərin kimsə bilməz. Yarıtmasın onu Yartacaq oğlu Yalıncıq

Beyrəyin ölüm xəbərini gətirdi. Beyrəyin adaxlısını ona verər

oldular. Gəlib burdan keçəcəklər, bu daşları yığmışam ki, onu

vurum. Banıçiçəkdən əl çəksin, getsin tayını-tuşunu tapsın.

Beyrək:

—Üzün ağ olsun Çoban, — dedi, — Beyrəklə kəsdiyin çörək

sənə halal olsun.

Beyrək ordan ötüb öz obalarının — Bayat obasının qırağına,

Soyüdlü bulağın başına gəldi. Gördü ki, kiçik bacısı Günel bulaq

yanındadır. Su aparmağa gəlib.

Günel: — Beyrək, qardaşım, toyu-düyünü qara gələn qardaşım,

— deyib ağlayırdı.

Beyrəyə də qatı fəraq gəldi, kövrəldi, bıldır-bıldır gözünün yaşı

rəvan oldu. Qopuzunu gotürüb çaldı, qıza söylədi, görəyin nə

söylədi:

—Ay qız, — dedi, — nə ağlarsan, nə bozlarsan? Yandı bağrım,

göynədi içim. Nə olub axı? Məgər sənin qardaşın yox olubdur,

ürəyinə qaynar yağlar qoyulubdur. Ağı deyib nə ağlarsan, nə

sızlarsan, qız!

Günel dedi:

—Çalma ozan, oxuma ozan. Mən qara bəxtli qızın nəyinə gərək

ozan? Qara dağı aşıb gəldiyində, Beyrək adlı bir igidə rast gəlmədin

ki? Bircə qardaşım alınıbdır, ozan sənin xəbərin yox, qara bağrım

dəlinib, uca dağlarım yıxılıb, kolgəli ağacım kəsilib, ozan sənin

xəbərin yox. Çalma ozan, oxuma ozan.

115

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!