19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Aslanı gətirdilər, aslan elə qışqırdı ki, meydanda nə qədər at

vardısa, hamısı qan işədi.

Selcan xatun qızlara:

—Bu yazıq buğadan qurtuldu, aslandan necə qurtulacaq? — dedi:

Beyrək: — Sarı donlu qız eşqinə bir aslandan donərəmmi? —

dedi.

Aslan sürdü gəldi. Beyrək gözətçilərdən birinin yapıncısını qapıb

qoluna doladı, aslanın pəncəsinə verdi, sonra aslanın alnına bir

yumruq vurdu, aslan səndələdi.

Beyrək onun belini üzdü, leşini xaqanın önünə atdı.

Selcan xatun qızlara:

—Vallah bu igidi gözüm gördü, könlüm sevdi, — dedi.

Xaqan dedi:

—Heyvanların padşahı dəvədir. Onunla da oyun oyna. Dəvəni

gətirdilər. Beyrək fırladı dəvənin qoltuğuna girdi, fırladı çıxdı. İki

heyvanla savaşmışdı, taqətdən düşüb, sərxoş kimi olmuşdu. Bacara

bilmirdi. Altı cəllad Beyrəyin başının üstünü aldılar, yalın qılınclarını

havaya qaldırdılar.

Dəvə Beyrəyi sıxışdırıb Selcan xatunun köşkünün altına gətirdi.

Beyrək yıxıldı, aşağıdan yuxarıya baxanda gördü ki, Selcan xatun

ona işarət edir. Selcan əyilib, pıçıltıyla Beyrəyə:

—İgid, — dedi, — bilməzmisən ki, dəvə burnundan zəbun olar?

— Beyrək son gücünü toplayıb dəvənin burnundan yapışdı, dəvə

bağırıb, ayaq üstündə durammadı, yıxıldı. Beyrək basıb onu iki

yerdən boğazladı, dərisindən iki qayış çıxartdı, xaqanın önünə

apardı.

Xaqan:

—Qızı bu igidə verdim — dedi. Despinə xatun:

—Üç heyvan öldürdüyü üçün bircə qızcığazımızı alsınmı —

dedi?

Xaqan: — Bəli, — dedi. — Xaqan verdiyi sözün üstündən

qaçmaz, həm də bu igid bizə qohum olsa, onu tez yola gətirərik.

Sonra üzünü Beyrəyə tutdu:

—İgid, — dedi. — Selcan xatunu verdim sənə.

Beyrək:

—Mən sənin qızını istəmirəm, — dedi. —Mənim məqsədim

yaxşı igidlərin canını sənin əjdahalarından qurtarmaq idi. Mənim öz

elimizdə, göz açıb gördüyüm, konül verib sevdiyim adaxlım var.

92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!