19.03.2015 Views

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

ANAR Əsərlər VI ssenarilər, tərcümələr Bu kitabın çapı Ekson ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BU — SƏTTAR BƏHLULZADƏDİR

(iki hissəli televiziya filminin ssenarisi)

Şimaldan, Xəzər sahili boyu qatar gəlir. Qatar pəncərəsindən ətraf

mənzərələri görürük. Böyük Qafqaz sıra dağlarının qarlı zirvələri,

Xəzərin mavi suları, Abşeronun sərt lövhələri bir-birini əvəz edir.

Film boyu qadın və kişi səslərini eşidirik, amma sonacan bu

səslərin sahiblərini görmürük.

Qadın səsi:

—Bu dəniz…bu səma…buludlar…pərən-pərən sərgərdan

buludlar…bir də bu dağlar…bu qar papaqlı dağlar… bu əbrişim

xiyabani…bu atılıb unudulmuş yol. Harasa aparan, hardasa itən bu

yol…bu aram axarlı çay, bir qədər qüssəli çay…və bu dəniz…

qağayılar…bu dağlar…bu dəniz…bu ağaclar…bu səma… Harda

görmüşəm mən bütün bunları, harda? Axı mən heç zaman buralarda

olmamışam. Bəs niyə bu mənzərələr mənə belə munis, doğmadır.

Bax bu dağlar…bu dəniz, səma…qağayılar…. Mən bunları harda

görmüşəm, axı harda?

Kişi səsi:

—Bəlkə sən bütün bunları yuxuda görmüsən, bəlkə bütün bunlar

sənin yuxundur?

Qadın səsi:

—Yox, bu yuxu deyil. İndicə yadıma salacam. İndicə düşəcək

yadıma… Bu saat xatırlayacam…

Qatar irəliləyir. Vaqon pəncərələri ardından bir-birindən füsünkar

mənzərələr ötüb keçir. Birdən…

…Kəskin piano akkordlarının müşayiətiylə ekranda ani bir

yaddaş qığılcımı kimi Səttar Bəhlulzadənin tablolarından biri

işıqlanıb sönür. Başqa bir tablo. Başqası, başqası…Bu tablolar

ekranda hələ ki, çox qalmırlar. İrəlidə onları diqqətlə və uzun-uzadı

görəcəyik. Hələlik isə bu tablolar yaddaşda qəflətən alışıb sönən bir

xatirə, assosiasiya, anım tək bir saniyəlik ekranda görünüb itir. Bu

tablolarla bayaqdan bəri gördüyümüz real mənzərələr arasında bir

oxşarlıq var. Amma eyniyyət yoxdur. Bu tablolar təbiətin real

lövhələrindən doğub. Lakin onları olduğu kimi təkrarlamır. Qadın

səsi:

332

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!